WTI markalı neftin qiyməti 47 dollara düşüb

OXUNUB: 941 İQTİSADİYYAT

Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşıb.

Bu barədə İcmal.Az Bloomberg-ə istinadən xəbər verir. 

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,34% azalaraq 49,95 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,45% ucuzlaşaraq 47,66 dollar təşkil edib.

Qeyd edək ki, dünən səhər saatlarında Brent markalı neftin bir barelinin qiyməti 50,36, WTI neftinin qiyməti isə 48,03 dollara satılıb.

 

İcmal.Az

RƏYLƏR