Xaçmazda 29 yaşlı kişi keçmiş qayınatasını qətlə yetirdi

OXUNUB: 646 AZƏRBAYCAN HADİSƏ
Xaçmaz rayonunda qətl hadisəsi baş verib. Rayonun Qımıl kənd sakini, 1990-cı il təvəllüdlü Səfər Qurbanov keçmiş qayınatası, 1961-ci il təvəllüdlü Əlihüseyn Qədirovla mübahisə edib. Mübahisə nəticəsində S.Qurbanov Ə.Qədirova 8 bıçaq zərbəsi endirib. Ə.Qədirov qohumlarının köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR