Xaçmazda iki maşın toqquşdu — 5 yaralı

OXUNUB: 758 HADİSƏ
Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.


İcmal.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Xudat-Yalama yolunun 4-cü km-də, Susayqışlaq kəndi ərazisində baş verib. İki avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Qusar rayon sakinləri - 1991-ci il Tariyel Cərullayev, 1991-ci il təvəllüdlü Elşən Hacıverdiyev, 1991-ci il təvəllüdlü Seymur Səfərəliyev, 1991-ci il təvəllüdlü Surxay Tağıyev və 1983-cü il təvəllüdlü Xaçmaz rayon sakini Azər Mirzəyevdir. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, sonuncudan başqa digərlərinin vəziyyəti ağırdır.
 
İcmal.Az

RƏYLƏR