Xaçmazda meşə yanıb

OXUNUB: 981 HADİSƏ
Xaçmaz rayonunda meşə massivində yanğın olub.


İcmal.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Nərəcan kəndi ərazisində təxminən 500 kvadratlıq meşə massivində qeydə alınıb.

Yanğının baş verdiyi əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
 
Qurumun yanğınsöndürən maşını və canlı qüvvəsi alovu söndürüb, daha geniş əraziyə yayılmasının qarşısını alıb.
 
İcmal.Az

RƏYLƏR