Xaçmazda tapılan kütləvi məzarlıqdan XƏBƏR VAR - FOTO

OXUNUB: 969 SOSİAL
Xaçmaz rayonunun Muxtadır kəndi yaxınlığında meşəlik ərazidə tapılan kütləvi məzarlığa tarixçi Abdulrəhim Yaqubov baxış keçirib. 

İcmal.Az xəbər verir ki, o, report-a bildirib ki, ərazidə mütləq arxeoloji qazıntı aparılmalıdır: "Torpağın altında sümüklərin bir hissəsi görünür. Burada yüzlərlə insan sümüyü aşkarlana bilər. Yəqin ki, qumun altında insan skeletləri qalmaqdadır. Ehtimal edilir ki, burada insan qalıqları 1918-ci ildə erməni təcavüzünə məruz qalan dinc sakinlərə aiddir. Əlbəttə, bu ehtimalları dəqiqləşdirmək üçün arxeoloji ekspedisiya araşdırma aparmalıdır".
 
İcmal.Az

RƏYLƏR