Xaçmazda tükürpədici intihar! Ana oğlunun kəməri ilə özünü asdı

OXUNUB: 795 HADİSƏ

Xaçmaz rayonunda 34 yaşlı qadın intihar edib.

Hadisə Xaçmaz şəhərinin Qələbə küçəsi -7 ünvanında baş verib.
Belə ki, həmin ünvanda yaşayan 34 yaşlı Kəmalə Sərdar qızı Tağıyeva özünü yaşadığı evin qapısında oğlunun idman kəmərilə asıb.

Xaçmaz prokurorluğundan report-a bildirib ki, qadının iki övladı olub. O, psixi durumu ilə bağlı həyat yoldaşından ayrılaraq ata evinə qayıtmışdı.

Hüquq-mühafizə orqanları hadisə yerində olub, meyit tibbi ekspertizadan keçirilib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda CM-nin 125 -ci maddəsilə cinayət işi açılıb./report

İcmal.Az

RƏYLƏR