Xalq artisti dəfn olunub

OXUNUB: 664 SOSİAL
Uzun sürən xəstəlikdən sonra vəfat edən xalq artisti Qəndab Quliyeva dəfn edilib.

İcmal.Az xəbər verir ki, xalq artisti "Təzəpir” məscidində təşkil olunan vida mərasimindən sonra Binə kənd qəbiristanlığında anasının yanında torpağa tapşırılıb. Mərasimdə xanəndənin qohumları, sənət yoldaşları, pərəstişkarları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olan Q.Quliyeva dünən, iyunun 26-da 67 yaşında dünyasını dəyişib. Səhhətində ciddi problemlər yaranan Q.Quliyeva bir neçə gün əvvəl Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlər ona ürək, böyrək çatışmazlığı və ağ ciyərin sətəlcəmi diaqnozu qoymuşdu.

Allah rəhmət eləsin!
 
İcmal.Az

RƏYLƏR