Xalq artisti məmurla dalaşdı, vəzifəsindən istefa verdi - QALMAQAL

OXUNUB: 1360 MƏDƏNİYYƏT

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, xalq artisti Samir Cəfərov tutduğu vəzifədən istefa verib.

İcmal.Az ölkə.az-a istinadən xəbər verir ki, bir neçə gündür Bakıya qayıdan Cəfərovun bu qərarına səbəb şəhərin rəhbər şəxslərindən biriylə münasibətlərinin gərginləşməsi olub. İddialara görə, Cəfərov şəhərin idarə və müəssisələrində filarmoniyada təşkil edilən konsertlərə məcburi bilet satılmasına etiraz etdiyi üçün sözügedən məmurla mübahisə edib və onun tərəfindən xoşagəlməz sözlər eşidib. Məhz bu hadisədən sonra xalq artisti vəzifəsindən istefa verib.

 

Qeyd edək ki, S.Cəfərov ötən ilin iyunundan bu postu tuturdu.
Əməkdaşımız məsələylə bağlı S.Cəfərovla əlaqə saxlayıb. Xalq artisti bu barədə danışmaq istəmədiyini bildirib.

İcmal.Az

RƏYLƏR