Xalq artistinə ərindən bahalı hədiyyə

OXUNUB: 800 ŞOU-BİZNES

Xalq artisti, rəqqasə Təranə Muradovanın doğum günüdür.

 
İcmal.Az Yenicağ.az-a istinadən xəbər verir ki, rəqqasə ad günüdə aldığı bahalı hədiyyədən danışıb:

 

”Doğum günümdə ən gözəl hədiyyə sevənlərimin diqqətidir. Xarici ölkələrdən o qədər zənglər oldu, elə sözlər yazdılar ki, yaxşı mənada şok oldum. İlk hədiyyəmi isə həyat yoldaşımdan və qızımdan aldım. Yoldaşım mənə bahalı, brilliant qaşlı üzük bağışladı. Qiymətini açıqlamaq istəmirəm”.

Xalq artisti yaşlanmaqdan qorxmadığını da deyib:

"Yaşlanmaqdan qorxmuram, çünki əsas olan içindəki gözəlliyin xarici görünüşündə əks olunmasıdır. Mən yaşlı qadınlar görürəm ki, üzündə nur var. Elə xanımlara heyranam. Qəlb gözəl olanda, üzdə də nur olur”.

 

İcmal.Az

RƏYLƏR