Xalq artistinin 55 yaşlı xanımı hamilədir

OXUNUB: 2357 MARAQLI ŞOU-BİZNES
Rusiyanın 77 yaşlı xalq artisti Emmanuil Vitorqanın 55 yaşlı həyat yoldaşı İrina Mlodik hamilədir. 

Cütlük bu barədə aparıcı Lera Kudryatsevanın tok-şousunda bildiriblər. Emmanuillə İrinanın üçüncü övladı dünyaya gələcək. Onların bu açıqlaması aparıcını təəəcübləndirib. 

Qeyd edək ki, Vitorqan bundan əvvəl aktrisa Alla Balterlə ailəli olub. Balter dünyasını dəyişdikdən sonra xalq artisti İrina Mlodiklə evlənib. /axsam.az
 
İcmal.Az

RƏYLƏR