Xalq artistinin səhhəti pisləşdi - FOTO

OXUNUB: 62 ŞOU-BİZNES
Xalq artisti Yalçın Rzazadənin səhhətində problem yaranıb.

Sənətçi açıqlamasında bildirib ki, ötən il kanallardan birinə çəkilişə gedən zaman yıxılıb. O vaxtdan dizində tez-tez narahatlıq yaranır:

"Keçən il verilişə gedən zaman yıxıldım, ayağım sındı müalicə aldım. Lakin həmin sınıq yerə tez-tez su yığılır. Həkimlər suyu çəkirlər, müalicə edirlər. Amma təkrar yenə yaranır. Bu da ciddi ağrılar verir. Bu da əhvalıma mənfi təsir göstərir. Bildiyiniz kimi, ürəyimdə də problemlər var. Səhər-axşam dərman içirəm. Buna görə hər zaman həkim müayinəsində olmaq lazımdır. İstanbula hər gün gedib, müayinə olmaq imkanım yoxdur. Ona görə də burada dərman içməklə kifayətlənməli oluram”. 

Y.Rzazadə efirlərlə az-az görünməsindən də danışıb. O, "Mən ümumiyyətlə televiziya kanallarına çox çıxmıram. Buna həvəsim yoxdur. Sənət adamlarında, yaradıcı belə təzadlı hallar olur” – deyə, bildirib. //big
 
İcmal.Az

TƏCİLİ! Xalq artistinin səhhəti pisləşdi - FOTO

RƏYLƏR