Xalq rəssamı Arif Əzizə “Roses of the world” adlı qızıl medal təqdim edildi - FOTOLAR

OXUNUB: 1805 SOSİAL MƏDƏNİYYƏT
İcmal.az xəbər verir ki, sentyabr ayının 28-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Şura zalında Xalq rəssamı, "Şöhrət” ordenli, Dünya Rəsssamlıq Akademiyasının akademiki, professor, ADMİU-nun Rəssamlıq fakültəsinin Dizayn və Dekorativ-tətbiqi sənət kafedrasının müdiri Arif Əzizə UNESCO yanında fəaliyyət göstərən Dünya Rəsssamlıq Akademiyasının və "Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının "Roses of the world” adlı qızıl medalının təqdimat mərasimi keçirilmişdir. Tədbirlə əlaqədar ADMİU-nun qonağı "Yeni era” Dünya Rəsssamlıq Akademiyasının prezidenti, akademik, UNESCO-nun Mədəniyyət İnstitutunun professoru, "Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının və Dünya Rəssamları Assosiasiyasının üzvü, Rusiyanın Xalq rəssamı Anatoliy Silov olmuşdur. "Roses of the world” qızıl medalı UNESCO tərəfindən dünya təsviri incəsənətinin və beynəlxalq mədəni əlaqələrin inkişafına xüsusi töhfələr verən, təhsil və maarifçilik sahəsində mühüm rolu olan elm və sənət xadimlərinə 2007-ci ildən təqdim edilir. Arif Əzizə təqdim olunan "Roses of the world” qızıl medalı rəssamın milli və dünya təsviri incəsənətinin inkişafına verdiyi yüksək töhfələr, yarıməsirlik pedaqoji və içtimai fəaliyyətinin nəticəsidir. Qızıl medal sənətkarımıza "Sülhsəvər” nominasiyasında təqdim olunmuşdur.
İcmal.Az



RƏYLƏR