Xalq rəssamı Arif Azizin 75-illik yubileyinə həsr olunmuş qrup sərgi keçiriləcək

OXUNUB: 59 MƏDƏNİYYƏT

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Muzey Mərkəzi / Sərgi qalereyası

15 – 18 yanvar 2019

MAESTRO VƏ RƏSSAMLAR

Maestro & Artists

15 – 18 yanvar 2019-cı il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin Sərgi qalereyasında Xalq Rəssamı, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri, "Şöhrət orden”li, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dizayn və Dekorativ-tətbiqi sənət” kafedrasının müdiri, professor Arif Əziz və onun tələbələrinin "Maestro & Artists” sərgisi keçiriləcək. 

Arif Əzizin 75 illik yubileyi çərçivəsində təşkil edilən silsilə sərgilər sırasında hazırki, ekspozisiyanı üslub və janr əlvanlığından asılı olmayaraq xarakterizə edən əsas, prinsipial amil rəssamın bu günədək tələbələrinə öyrətdiyi səmimiyyətdır. Konseptual sərgi silsiləsini davam edən "Maestro & Artists” qrup sərgisi Arif Əzizin 75-ci il dönəmi çərşivəsində Azərbaycan və onun hüdudlarından kənarda təşkil olunan tədbirlər sırasında unikal mahiyyətə malik olan bir layihədir. Müasir incəsənətimizin yeni formatlı sərqisində Rəssam-Maestro tələbələrinin əhatəsində təqdim olunur. "Maestro & Artists” sərgisində Arif Əzizin 100-ə yaxın tələbələrinin nümayiş olunan əsərlər fərdi dəsti-xətti, texnikaları, maneralarının inkişafının nümayişi ilə yanaşı, müasir mərhələdə və məkanda bir neçə rəssam qenerasiyasını birləşdirir. 

Arif Əzizin yaradıcılığı müasir Azərbaycan incəsənətində miqyaslı prosesdir. Fərdi üslubu, daim yaradıcılıq transformasiyalarına və bədii eksperimentlərə meyilliyi, zamanın və məkanın təsirindən səmərəli istifadəsi, fəaliyyətinin istər manera, istər texniki aspektdə. oxsahəliliyi və ən əsası, sonsuz dinamikası, mobilliyi və müasirliyi mütləq tərzdə onun sənətinin və şəxsiyyətinin aktuallığını müəyyən edir.
Müasir Azərbaycan incəsənətində Arif Azizin yaradıcılığı xüsusi, müstəsna yerə malikdir. XX əsrin 1970-ci illərindən başlayaraq Arif Aziz, dizayn, dekorativ-tətbiqi sənət, bədii tərtibat, kitab qrafikası, teatr dekorasiyası, moda, rəngkarlıq sahələrində çalışaraq, Azərbaycan incəsənətinin müasir mənzərəsinin formalaşmasına ciddi təsir göstərmişdir. İlk bədii təhsilini Bakıda, Əzim Əzimzadə adına Rəssamlıq məktəbində almışdır. Daha sonralar Arif Əziz təhsilini Moskva Stroqanov adına Ali Bədii-Sənaye Məktəbində, "Qrafik dizayn” ixtisası üzrə davam etmişdir. 1971-ci ildən etibarən bu günədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deməyə başlayan Arif Əzizin 48 il ərzində yüzlərlə rəssam, dizayner, qrafik, xalçaçının yetişməsində böyük əməyi var. 


Sərginin təntənəli açılışı: 15 yanvar, saat 19:00

Sərgi 16 – 18 noyabr 2018-ci il tarixlərində davam edəcəkdir. 
İş saatları: 10.00 - 18.00
Ünvan: Muzey Mərkəzi, AZ 1095, Azərbaycan, Bakı şəh., Neftçilər prospekti, 49. 
T.: +99412 493 5883, +99450 273 21 80. 
E-mail: [email protected] / www.museumcenter.az

<!-- /data/user/0/com.samsung.android.app.notes/files/share/clipdata_190103_131313_296.sdoc -->

RƏYLƏR