"Xalq Sığorta" Mərkəzi Bankın sənədini - QƏBUL ETMİR

OXUNUB: 1544 BANK
"Xalq Sığorta" şirkəti baş vermiş qəza barədə Mərkəzi Bankın eksperti tərəfindən verilən qiymətləndirmə sənədini qəbul etmir. 


7News.Az xəbər verir ki, iyulun 3-də Xalq Sığorta ASC-də mülki məsuliyyəti sığortalanan sürücü idarə etdiyi VAZ 2106 markalı, 07 BF 642 nömrəli avtonəqliyyat vasitəsilə Zeynalov Samir Namik oğlunun sahibliyində olan Nissan Altima markalı, 90 UU 971 nömrəli avtonəqliyyat vasitəsinə zərər vurub.
Hadisə ilə bağlı zərər çəkən Zeynalov Samir Namik oğlu maşınına dəymiş zərəri avtonəqliyyat sahəsi üzrə Mərkəzi Bankda reyestrdə olan ekspert vasitəsi ilə qiymətləndirib və digər sənəldərlə yanaşı Xalq Sığorta ASC-yə təqdim edib. 

Lakin sığorta şirkəti ekspertin rəyini qanunsuz və əsassız olaraq qəbul etməyib. Bundan başqa Sığorta şirkəti yalnız zərəri öz tanıdıqları və onlarla bilavasitə əlaqədə olan ekspertlərlə qiymətləndirilməsini bildirib. Yəni sığorta şirkəti öz əlinin altında və onun dediyi rəyi yazana ekspertə üstünlük verib. 

Mərkəzi Bank isə bu hala hələ də reaksiya verməyib. 

Sığorta eksperti İlkin İbrahimov Mubahise.az-a açıqlamasında bildirib ki, İcbari sığortalar haqqında Qanununu 17.1.5-ci maddəsinə əsasən müvafiq hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı zərərin məbləğini təsdiqləyən sənədi zərər çəkən şəxs sığorta şirkətinə təqdim edə bilər. Sığorta şirkəti bu sənədi qəbul etməkdən imtina eedə bilməz. Yalnız sənədin qanunsuzluğu barədə əsaslandırılmış cavab verə bilər.

Əgər zərərçəkmiş əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, bu məqsədlə digər müstəqil ekspertin təyin edilməsini tələb edə bilər.

O ki qaldı sığorta şirkətinin əlinin alktında olan müstəqil ekspertlərə, bu hal qanunsuzdur. (Mubahise)
 

 

RƏYLƏR