'Xalxın evi' və 'Ailə canlı' seriallarının təqdimat mərasimi keçirilib - FOTOLAR

OXUNUB: 289 ŞOU-BİZNES

7NEWS.az xəbər verir ki, yeni mövsümdə Xəzər TV-də yayımlanacaq "Xalxın evi" və "Ailə canlı" seriallarının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimi şəhərin əsrarəngiz ailəvi məkanlarından olan "Zeytun bağı" restoranında keçirilib. "Sabina" parfum, "Secret garden" çiçək evi və "Bir İstanbul masalı" şirniyyat evinin texniki, 7NEWS.az-ın informasiya dəstəyi ilə baş tutan tədbirdə hər iki serialın yaradıcı və texniki heyəti toplaşmışdı. İştirakçılar arasında xalq artisti Ramiz Novruz, əməkdar artist Çingiz Əhmədov, Əməkdar artist Sevinc Əliyeva, Müşviq Şahverdiyev, Gülnarə Əzizova və digərləri iştirak edirdilər.

Giriş sözü ilə çıxış edən serialın baş prodüsseri və rejissoru Ramin Hacıyev bütün iştirakçılara və təşkilatçılara öz adından, həmçinin Xəzər TV adından təşəkkür etdi. Hər iki film haqqında qısa məlumat verən R.Hacıyev gələcəkdə nəzərdə tutulan bəzi layihələrdən söz açdı. Tədbir aktyorlar və texniki heyətin tanışlığı ilə davam etdi. Daha sonra tədbir iştirakçılarına "Sabina" parfum, "Secret garden" çiçək evi tərəfindən hazırlanmış hədiyyələr tədqim olundu.

Tədbirin sonunda təntənəli şəkildə hər iki serialın adına həsr olunmuş tort kəsildi.




































RƏYLƏR