Xammalı pulsuz olan "Azərsu"dan 500 milyon zərər - ABSURD

OXUNUB: 45 Özəl İQTİSADİYYAT
"Azərsu" ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 694,439 mln. manat təşkil edib. Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 14,15% çoxdur.

7news.az xəbər verir ki, bu barədə qurumun maliyyə hesabatında bildirilir. 

Məlumata görə, 2017-ci ildə səhmdar cəmiyyətinin cəmi öhdəlikləri 22,1% azalaraq 755,799 mln. manata, çatışmayan cəmi kapitalı isə 83% və yaxud 5,9 dəfə azalaraq 61,36 mln. manata düşüb.

Ötən il "Azərsu"nun içməli su və kanalizasiya xidmətinin satışından gəlirləri 165,745 mln. manat (əvvəlki ilə nisbətən 3,7% çox), satışlarının maya dəyəri 85,727 mln. manat (1,4% çox), inzibati xərcləri 31,216 mln. manat (57% çox), satış və paylanma xərcləri 66,737 mln. manat (25,8% az), digər əməliyyat xərcləri 567,416 mln. manat (4,4% çox), məzənnə fərqindən zərəri 3,129 mln. manat (92,1% və yaxud 12,7 dəfə az), digər gəlirləri 83,866 mln. manat (14,4 dəfə çox), maliyyə xərcləri 3,574 mln. manat (4,25 dəfə çox) təşkil edib. Son nəticədə qurumun vergiyəqədərki zərəri 508,188 mln. manat olub ki, bu da illlik müqayisədə 17,05% azdır.

Ötən il "Azərsu" əvvəlki ilə nisbətən 41,5% az - 162 min manat mənfəət vergisi ödəyib və 2017-ci ili 508,35 mln. manat xalis zərərlə başa vurub. Bu, 2016-cı illə müqayisədə 17,1% azdır.

Bununla belə, səhmdar cəmiyyətinin yığılmış zərəri 5 904,502 mln. manata çatıb. Bunun 5 843 142 mln. manatlıq hissəsi 400 mln. manatlıq nizamnamə kapitalı, 1 568,732 mln. manatlıq əlavə ödənilmiş kapital və 3 874,41 mln. manatlıq dövlət investisiyaları hesabına kompensasiya edilib.

RƏYLƏR