Xarici bazarlarda Azərbaycan şərablarına tələbat artır- FOTOLAR

OXUNUB: 1768 İQTİSADİYYAT

Bu sırada "AzGranata"nın istehsal etdiyi məhsullar ön sırada gəlir


Ölkədə qeyri-neft sektorunun prioritet hesab edilməsi, bu sahənin inkişafına olan dövlət qayğısı iş adamları. Investorlar üçün əlavə stimul verir ki, bu da yeni-yeni emal müəssisələri, zavod və fabriklərin açılmasına, daxili istehsalın artmasına gətirib çıxarır. Sevindirici hal ondan ibarətdir ki, bu tendensiya regionlarda daha çox müşahidə edilir. Bu gün ölkənin əksər regionlarında yaradılan emal və istehsal müəssisləri daxili istehsalı artırmaq, yerli tələbatı ödəməklə yanaşı, ölkədə işsizlik probleminin də aradan qalxmasına təsir göstərən amillərdəndir. Bu həm də Azərbaycan istehsalı olan məhsulların dünya bazarlarına çıxışı, ümumilikdə Azərbaycan brendinin dünyaya yayılmasına gətirib çıxarır. Hazırda Azərbaycan istehsalı olan məhsulların dünya bazarlarında tanıdılmasında fəal olan istehsal müəssisələrindən biri də "AzGranata" zavodudur. Məlumat üçün qeyd edək ki, Ağsu rayonunda fəaliyyət göstərən "AzGranata" zavodu 8.8 hektar ərazini əhatə edir. Zavodun örtülü əsas sahəsi 20500 kvadratmetrdir. İstehsalat sahəsi 15000 kvadratmetr olan zavodun örtülü köməkçi sahəsi 5500 kvadratmetrdir. Zavod ətrafında 24000 kvadratmetr ərazi yaşıllaşdırılıb. Zavod saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə malikdir. İllik istehsal gücü 100 milyon qablaşdırma təşkil edir.

Bu günlərdə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin zavoddakı istehsal prosesinin canlı şahidi olmaq məqsədilə Ağsuya mediaturu təşkil edilib. KİV nümayəndılərinə zavodun fəaliyyəti, istehsal prosesi, qarşıdakı hədəflər barədə ətraflı məlumat verən müəssisənin direktor müavini Vüqar Mikayılov bildirib ki, 2011-ci ildə inşa olunmuş 2.5 hektar sahəni əhatə edən zavod, Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir: "AzGranata" meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir. Zavod meyvə qəbulu, meyvə emalı, konsentrat hazırlanması, aseptik çənlər, şüşə dolumu və qablaşdırılması, tetra pak dolumu və qablaşdırılması bölümlərindən ibarətdir. Zavod saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə malikdir. Meyvə qəbulu xətti nar, üzüm, alma, armud və heyva qəbul edə bilir. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, sortlaşdırılması, yüksək temperaturda sterilizasiya, aseptik çəndə saxlanılması (40 ədəd hər biri 50 ton) mərhələləri həyata keçirilir. Zavodun illik istehsal gücü 100 milyon qablaşdırma təşkil edir". Vüqar Mikayılovun sözlərinə görə, zavodun əsas üstünlüklərindən biri də ondan ibarətdir ki, zavod Almaniya, İsveçrə, İtalya, Bolqarıstan və Fransa istehsalı avadanlıqlarla təchiz olunub: "AzGranata"nın 450 hektar üzüm və 400 hektar nar bağları var. Nar bağları oqanikdir və Almaniyanın Lacon GmbH İnstitutu tərəfindən sertifikatlaşdırılıb. Meyvə bağları, meyvə istehsalı və əkinçilik üsulları yerli və xarici mütəxəssislər tərəfindən müntəzəm olaraq yoxlanılır. Bağlarda damlama üsulu ilə suvarma sistemi tətbiq edilir". Onun sözlərinə görə, "AzGranata" MMC tərəfindən 2006-cı ildən başlayaraq Ağsu rayon Hacıqədirli və Qaravəlli kəndlərinin ərazisində yeni nar bağlarının salınmasına başlanıb: " Həmin ərazilərdə 2006-2007-ci illərdə 90 hektar, 2008-ci ildə 15 hektar və 2009-2010-cu illərdə 225 hektar, 2015 ci ildə 345 hektar sahədə yerli nar sortlarından ibarət nar plantasiyaları salınıb. Bağların salınması zamanı Azərbaycan Gülöyşəsi, Çəhrayı Gülöyşə, Qırmızıqabıq, Nazikqabıq, Bala Mürsəl və Qırmızı mələz sortlarından istifadə edilmişdir. Meyvə bağlarımızda 100-dən artıq işçi çalışır. Bundan başqa "AzGranata" MMC tərəfindən 2006-cı ildən etibarən yeni üzüm bağlarının salınmasına başlanmışdır. Belə ki, "AzGranata" MMC tərəfindən 2006-cı ildə Şamaxı rayonunda 26.5 hektar, 2007-ci ildə 92 hektar, 2009-2010-cu illərdə 177 hektar, 2011-2012 -ci illərdə 39 hektar sahədə texniki üzüm bağları salınıb. 2013-cü ildə daha 28 hektar sahədə texniki və süfrə üzüm sortlarından ibarət yeni bağlar salınıb. 2014-2015 ci illərdə 16 hektar yeni üzüm bağları salınıb. Yeni üzüm bağlarının salınmasında Fillonsera zərərvericisinə davamlı calaq olunmuş yerli və respublikamıza gətirilmiş üzüm sortlarından istifadə edilib. "AzGranata" MMC üzüm bağlarında süfrə (Sultanina, Prima, Ora, Kardinal, Alfons Lavalye, Danuta) və istehsal (Mədrəsə, Saperaki, Rkasiteli, Kabernet Sauviqnon, Merlo) üçün nəzərdə tutalan üzüm sortları mövcuddur".

Zavodda istehsal prosesi ilə yaxından tanış olan media nümayəndələrinə məlumat verilib ki, zavodda həmçinin 2 milyon litrəlik hazır məhsul anbarı da mövcuddur. Bundan əlavə zavodun tərkibindəki analiz labaratoriyasında məhsulun kimyəvi və mikrobioloji, dad, ləzzət, aroma, görüntü və satışa uyğunluğu üçün lazım olan bütün təhlillər aparılaraq məhsulun gigiyenik standartlara uyğunluğu təmin olunur". Vüqar Mikayılov deyib ki, "AzGranata" nar məhsulları Almaniyanın Lacon GmbH İnstitutu tərəfindən orqanik seritifikatlaşdırılıb: "Həmçinin zavodun Bio sertifikatı (Avropa Birliyi), USDA Orqanik (ABŞ), Kosher sertifikatı, ISO 22000: 2005 Qida təhlükəsizliyini İdarəetmə Sistemi, ISO 9001: 2008 Keyfiyyət İdarəetmə Sistemi, Halal Sertifikatları var.

Qeyd edək ki, hazırda zavod təbii şirələr, mineral sularla yanaşı 30-da çox şərab növü, 10-dan artıq konyak, eləcə də araq və viski kimi spirtli içkilər istehsal edir. Yaxın vaxtlarda isə zavod pivə də istehsal etməyi nəzərdə tutur. Bunun üçün zavodda yeni texnika və texnologiyanın quraşdırıldığını diqqətə çatdıran Vüqar Mikayılov təmsil etdiyi qurumun daha bir yeniliyə imza atdığını deyib. Bildirib ki, ilk dəfə arağa keçi südünün qatılması texnologiyası məhz "AzGranata" zavodunda tətbiq edilib. Elə bu səbəbdəndir ki, xarici bazarlarda "AzGranata"nın istehsal etdiyi spirtli içkilərə tələbat artır. Vüqar Mikayılov deyib ki, məhz Azərbaycan şərabları və digər spirtli içkilərinin dünya bazarlarına ixrac edilməsinin nəticəsində bu kimi məhzulların ölkəyə idxalı nəzərəçarpacaq dərəcədə azalıb ki, bu da valyuta axınının qarşısını alan əsas faktorlardandır: "AzGranata" 2011-ci ilin noyabr ayından etibarən orqanik nar şirələrini Almaniyaya ixrac edir. Eyni zamanda bu günə qədər məhsullarımız Birləşmiş Ştatlar və Kanada daxil olmaqla Avropa, Yaxın Şərq və MDB-də 20-yə yaxın ölkəyə ixrac olunur. "Leyli" adlı şirəmiz 2013-cü ildə Rusiya bazarında satılan ən çox nar şirəsi olub. Bizim Almaniyada Qranata-GMBH& Co.KG adlı distributorumuz fəaliyyət göstərir".

Vüqar Mikayılov dövlətin investorlara, sahibkar və işadamlarına göstərdiyi diqqət və qayğını da yüksək qiymətləndirib. Bildirib ki, Cənab Prezident İlham Əliyev də dəfələrlə çıxışlarında işadamlarının yanında olduğunu vurğulayıb: "Dövlət başçısının bu diqqət və qayğısı təbii ki, biz sahibkarları ruhlandırır, bizlərə əlavə stimuul verir. Nəticə etibarilə biz də öz fəaliyyət dairəmizi genişləndirir, inkişaf etdiririk. Elə bizim zavodun açılış mərasimində cənab prezidentin iştirakı da dövlət başçısının iş adamlarına diqqət və qayğısının nəticəsidir". /AFN.az

Xarici bazarlarda Azərbaycan şərablarına tələbat artır-

Xarici bazarlarda Azərbaycan şərablarına tələbat artır-

Xarici bazarlarda Azərbaycan şərablarına tələbat artır-

Xarici bazarlarda Azərbaycan şərablarına tələbat artır-

Xarici bazarlarda Azərbaycan şərablarına tələbat artır-

Xarici bazarlarda Azərbaycan şərablarına tələbat artır-

Xarici bazarlarda Azərbaycan şərablarına tələbat artır-

Xarici bazarlarda Azərbaycan şərablarına tələbat artır-

Xarici bazarlarda Azərbaycan şərablarına tələbat artır-

Xarici bazarlarda Azərbaycan şərablarına tələbat artır-

Xarici bazarlarda Azərbaycan şərablarına tələbat artır-

Xarici bazarlarda Azərbaycan şərablarına tələbat artır-





İcmal.Az

 

RƏYLƏR