Xarici işlər nazirlərinin dördtərəfli görüşü başlayır

OXUNUB: 661 SİYASƏT

Bu gün Bakıda Azərbaycan, Gürcüstan, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü başlayır.

İcmal.Az-ın xəbərinə görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündə bölgədə sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadiyyat, nəqliyyat, energetika, turizm və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf məsələləri müzakirə predmeti olacaq.

Qeyd edək ki,  xarici işlər nazirlərinin dördtərəfli  görüşünün təşəbbüskarı Azərbaycandır.

İcmal.Az

RƏYLƏR