Xatun Zaurun verilişinə çıxmaqdan imtina etdi - QALMAQAL

OXUNUB: 200 ŞOU-BİZNES

Ötən axşam "Xəzər” TV-də yayımlanan "5/5” axşam şousunda qalmaqallı anlar yaşanıb. 

İcmal.Az xəbər verir ki, müğənni Xatun Əliyeva verilişə qatılmaqdan imtina edib.

Verilişin aparıcısı Zaur Kamal şouya qonaq olan prodüser Anar Mədətov və müğənni Ümmana "Sizin adınızı eşidəndən sonra Xatun verilişə gəlmədi” deyib.

Sənətçinin prodüseri Pənah Eldar yaşanan hadisəni belə şərh edib:

"İlin, günün bu vaxtında insan insanı aldadar? Biz efiri bir həftə, uzağı beş gün öncədən danışıb, razılıq veririk. Öncədən verilişdə daha hansı qonaqların olacağı ilə maraqlanıram. Bu mənim prodüser kimi borcumdur.

 

Onlar bizə qonaq kimi başqa ad dediler, anonsda isə tam fərqli insanlar gördük. Biz də bunu özümüzə hörmətsizlik, qərəz hesab edib, verilişdə iştirakdan imtina etdik. "Xəzər” televiziyası və onun rəhbərliyinə gəldikdə isə, hörmətimiz sonsuzdur”.

RƏYLƏR