Xatundan qalmaqallı sözlər: "Fatimə məndən oğurluq etdi"

OXUNUB: 169 ŞOU-BİZNES

Müğənni Xatun Əliyeva rəqqasə Fatimə Fətəliyevanı oğurluqda günahlandırıb.

İcmal.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Səhər-səhər" verilişində bildirib ki, rəfiqəsi onun fotosessiyasını oğurlayıb:

"Yeni ilin gəlişi ilə bağlı fotosessiya etdirdim. Bunu ilk dəfə mən etdim. Sonra Fatimə gedib eynisini təkrarladı. Ulduz sırğa taxdım, eyni onu da təkrarladı. Mənim ansamblımın adı "Pozitiv"dir. Gedib özü də ansamblının adını elə qoyub. Deyirəm, ay Fatimə, niyə oğurlayırsan, get başqa ad qoy da. Mən Fatiməni çox istəyirəm. Deyirəm get Cennifer Lopezdən oğurla. Başqaları da oğurluq edir. Amma Fatimənin adını çəkəcəm. Çox zəhmətkeş xanımdır. Nə yenilik görərsə, onu etməyi xoşlayır. 

 

Deyirəm ki, eləmə, qoy heç olmasa qırx gün keçsin. Mən nəsə etmək istəyirəm, görürəm kimsə edir, dayandırıram. Yeni ideyalar düşünürəm".

İcmal.Az

RƏYLƏR