Xavər Abdullayevadan Azərbaycan bayrağına qarşı təhqir – FOTO

OXUNUB: 6448 Özəl Seçilmiş Önəmli
"Səlis” Psixologiya və Nitq İnkişaf Mərkəzinin rəhbəri Xavər Abdullayeva Azərbaycan Respublikasının dövlət bayrağının düzgün asılma qaydasından xəbərsizdir. Belə ki, həkim-psixoloq Abdullayeva bu dəfə Azərbaycan bayrağına qarşı kobud rəftarı ilə gündəmə gəlib.
İnterpress.az xəbər verir ki, X.Abdullayevanın "Səlis” Psixologiya və Nitq İnkişaf Mərkəzinin ofisindəki iş otağında Azərbaycan bayrağının düzgün asılmaması müzakirələrə səbəb olub. Abdullayevanın masasının üzərində qoyduğu Azərbaycan Respublikasının Dövlət bayrağının görüntüsü onun bayrağın rənglərindən məlumatı olmadığından xəbər verir. Belə ki, Nitq mərkəzinin sahibinin qarşısındakı bayrağın yaşıl rəngin yuxarıda, göy rəngin isə alt hissədə olduğu aydın görünür.
Xavər Abdullayevadan Azərbaycan bayrağına qarşı təhqir – FOTO

Bəziləri bunun X.Abdullayevanın savadsızlığından irəli gəldiyini bildirsələr də, digərləri tərəfindən bu, onun Azərbaycan bayrağına qarşı təhqiramiz addımı kimi dəyərləndirilib.

Görünən odur ki, müxtəlif nitq qüsurlu, psixoloji travma alan, autizm və daun sindromlu, eləcə də, əqli cəhətdən geri qalmış uşaqların müalicəsi ilə vurnuxan nitq mərkəzində azyaşlılara dövlət rəmzləri ilə bağlı yanlış subliminal mesaj verilir. 

Sual yaranır ki, Azərbaycan bayrağından xəbəri olmayan həkim-psixoloq 11 ildir ki, fəaliyyət göstərdiyi nitq mərkəzində azyaşlılara nə öyrədir? Təbii ki, bu sualın cavabı "Səlis” Psixologiya və Nitq İnkişaf Mərkəzinin fəaliyyətindən narazı qalan valideynlər tərəfindən verilib.
Xavər Abdullayevadan Azərbaycan bayrağına qarşı təhqir – FOTO

Qeyd edək ki, "Səlis” Psixologiya və Nitq İnkişaf Mərkəzində müalicə alan azyaşlıların valideynləri etiraz ediblər. Valideynlərin sözlərinə görə, mərkəzdə xəstə uşaqların valideynlərinə müştəri gözü ilə baxılır. Eyni zamanda, məkrəzdə çalışan psixoloqların müailəcəyə gələn uşaqlar üçün əlavə qazanc məqsədi ilə kurs müddətinn süni şəkildə uzadıldığı bildirilir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.



RƏYLƏR