XəbərAl.az saytının 4 yaşı tamam oldu

OXUNUB: 142 MARAQLI

XəbərAl.az saytının 4 yaşı tamam olduXəbərAl.az saytının 4 yaşı tamam olduBu gün XəbərAl.az saytının fəaliyyətə başlamasından 4 il ötür.

2014-cü ilin sentyabr ayının 28-də oxucularla görüşə gələn XəbərAl.az saytının mövzuları,respublikada və dünyada gedən ictimai-siyasi proseslər haqqında dünya ictimaiyyətini obyektiv xəbərdar etmək, Azərbaycanda, regionda və dünyada baş verən hadisələr barədə oxuculara operativ məlumatlar vermək, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim etməkdir.

Qısa müddətdə geniş oxucu auditoriyası qazanan XəbərAl.az ötən dörd il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandırır
Saytın Baş Direktoru Mirismayıl Xələfli hər zaman dövlətin siyasətini dəstəkləyib, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı, cənab Prezident İlham Əliyevin gördüyü işləri yüksək qiymətləndirmiş, seçki ərəfəsində də dövlətə sadiqliyini öz seçimi və mediadakı çəkiliş və reportajları ilə sübut etmişdir. Dövlət tədbirlərində fəal iştirakına və informasiya dəstəyinə görə dəfələrlə mükafata layiq görülüb.
Mütəmadi olaraq saytın emailinə göndərilən şikayətlər dərhal araşdırılmış və işıqlandırılmışdır. XəbərAl.az kollektivi operativ işləməklə yanaşı eyni zamanda dəqiq və qərəzsizliyi də qoruyub, müraciətləri təmənnasız qəbul edərək ən qısa zamanda araşdırıb.
"Qarşıda böyük məqsədlərimiz var. XəbərAl.az-ı qısa zamanda ən yaxşı xəbər portalına çevirmək iddiasındayıq. XəbərAl.az saytının şüarı "Ən yeni xəbəri bizdən alın!”dır ” -deyə Mirismayıl Xələfli bildirib.
XəbərAl.az saytı qısa bir müddətdə geniş oxucu kütləsinin rəğbətini qazanıb və ölkənin aparıcı media orqanlarından birinə çevrilib. Artıq dörd ildir ki, ölkənin bir sıra tanınmış imzaları XəbərAl.az-la əməkdaşlıq edir.
XəbərAl.az saytının kollektivini 4 yaşı münasibətilə təbrik edir, bu çətin və şərəfli işdə uğurlar arzu edirik.

İcmal.aZ

RƏYLƏR