Xərçəng olduğunu bildi, elə bir əmələ əl atdıki...

OXUNUB: 718 HADİSƏ

25 yaşlı gənc onu siqaretə öyrədən dostundan qisas aldı

Hindistanda qəribə qətl hadisəsi baş verib.

Xərçəng olduğunu bilən kişi öz dostunu öldürüb.

Mustakim Əhməd adlı şəxsə həkimlər qırtlaq xərçəngi diaqnozu qoyublar. O, xəstəliyə siqaretin səbəb olduğunu öyrənib. Bundan sonra isə qətlə əl atmağa qərar verib. Belə ki, Əhməd xəstəliyə dostunun səbəb olduğunu düşünməyə başlayıb. Çünki 25 yaşlı gəncə siqaret çəkməyi məhz dostu Inayat öyrətmişdi.

Polis isə Əhmədin iş həyatında özündən daha çox uğur qazanan dostuna paxıllıq etdiyini və qətlin də məhz bu səbəbdən törədildiyini düşünür.

 

Məlumata görə, gənc onu siqaretə öyrəşdirən və xərçəngə yoluxmasına səbəb olduğunu düşündüyü dostunu öldürməyə uzun müddət hazırlaşıb. O, hətta sırf bu məqsədlə silah alaraq atış təlimi də keçib./istipress

 

İcmal.Az

RƏYLƏR