Xərçəng xəstəsi yeni doğulmuş bacısını gördükdən sonra öldü

OXUNUB: 752 DÜNYA

Doqquz yaşlı Britaniyalı Beyli Kuper (Bailey Cooper) bacısının dünyaya gəlməsindən bir gün sonra dünyasını dəyişib. Həkimlər xərçəngdən əziyyət çəkən uşağın həmin ana qədər sağ qalmayacağını bildirsələr də, uşaq bacısı dünyaya gələnə qədər gözləyəcəyini vəd edib.

Bu barədə "Daily Mail” məlumat yayıb.

Təxminən bir il əvvəl həkimlər Kuperə nonhockin limfoması diaqnozu qoyub. Uşaq müalicə olunsa da, həkimlər onun sağ qalacağına ümid bəsləməyib, belə ki, xərçəng aşkarlanan zaman artıq üçüncü inkişaf mərhələsində olub.

Onun anası, 28 yaşlı Reyçel noyabrda qız uşağı dünyaya gətirib. Yeni doğulmuş körpəni Kuperin dekabrın 22-dən bəri qaldığı palataya gətiriblər. O, uşağı əllərində saxlayaraq ona Milli adını verməyi xahiş edib. Milad bayramı ərəfəsində uşaq dünyasını dəyişib.

Ananın sözlərinə görə, ölümündən əvvəl yaxınları ona milad bayramı üçün arzuladığı hədiyyələrin siyahısını tutmağı tapşırıb. Anası bildirib ki, o, bu siyahını tutsa da, kiçik qardaşı, altı yaşlı Raylinin də arzularını nəzərə alıb./oxu

 

İcmal.Az

RƏYLƏR