Xərçəngə yoluxan "Toppuş bacı"nın əməliyyat olunduğu xəstəxanadan açıqlama: Şiş götürülüb və...

OXUNUB: 843 ŞOU-BİZNES
"Toppuş bacı" təxəllüsü ilə tamaşaçıların rəğbətini qazanan Tünzalə Əliyevanın əməliyyatı uğurla başa çatıb.

Xeberchi.az -ın Milli onkologiya mərkəzindən aldığı məlumata görə, uşaqlıq boynunda (matkasında ) şiş aşkarlandıqdan sonra əməliyyat olan əməkdar artist 1 saata palataya keçiriləcək. Aktrisanın həkimi matkadan xərçəngi kəsib, götürüb. Məlumat üçün bildirək ki, Uşaqlıq boynu xərçəngi bütün müasir qadınların qorxusudur. Uşaqlıq boynu xərçəngi bədxassəli şişlərdən olub, qadınların onkoloji xəstəlikləri arasında dördüncü yerdə durur (mədə, dəri və süd vəzi xəstəliklərindən sonra). Uşaqlıq boynu xərçəngini yaradan hüceyrələr həmin nahiyəni əhatə edən normal hüceyrələrdən inkişaf edir. Hər il 600000 qadına bu xəstəliyin diaqnozu qoyulur. Adətən, uşaqlıq boynu xərçəngi 40-60 yaşarası qadınlarda rast gəlinir, lakin təəssüf ki, son zamanlar xəstəlik xeyli "cavan"laşıb.

Səbəb digər onkoloji xəstələrdə olduğu kimi, burada da risk faktorlarına yaş, radiasiya və kimyəvi konserogenlər aiddir.
 

İcmal.Az

RƏYLƏR