Xərçəngin və qocalmanın qarşısını alan maddə tapıldı

OXUNUB: 530 MARAQLI
Fransanın "Louis Pasteur" Universitetinin alimləri xərçənglə mübarizənin yeni metodunu aşkarlayıb.
İCMAL.az xəbər verir ki, "MedicalXpress" saytında dərc olunan məlumatda "GDF11" zülalının xərçəngin qarşısını aldığı deyilir.
Gəmiricilər üzərində bir neçə təcrübə aparılıb. Mütəxəssislər bildirir ki, "GDF11" ürək və xərçəng xəstəliyinin qarşısını almağa, qoca canlıların beynindəki qan damarlarının bərpası və neyrogenezin artmasına köməklik edir.
Tədqiqat üzvləri qeyd edir ki, zülal piylənmə, maddələr mübadiləsi və neyrodejenerativ xəstəliklərin müalicəsində də istifadə edilə bilər.

RƏYLƏR