Xətai rayonunda təhsil rəzaləti-Liseyin direktoru Nəzakət Əsgərova nə təhsil nazirini nə də icra başçısını sayır

OXUNUB: 755 HADİSƏ
Gənc  nazir Emin Əmrullayevin təhsil sisteminə  rəhbər təyin olunması  cəmiyyətimizdə  ümidlər yaradıb ki,vəziyyət müsbətə doğru dəyişəcək. 

Axı, təhsil digər sferalardan fərqli olaraq elə sahədir ki, hər gün evdən bir və ya bir neçə  şagird məktəbə yollanır. Yəni milyonlarla ailə hər gün məktəblə təmasda olur, onun neqativ halları cəmiyyətdə daha böyük narazılıq yaradır. 
Yəqin ki, gənc nazir  bütün bunları nəzərə alacaq və təhsilimizə mənfi hallar gətirən məktəb rəhbərlərinin islah olması üçün lazım gələn bütün tədbirləri görəcəkdir. 

Yeri gəlmişkən, təhsilimizdə xoşagəlməz  hallar yaradan məktəb rəhbərlərindən biri də Humanitar Fənlər təmayüllü məktəb –liseyin direktoru Nəzakət Əsgərovadır. 
Xətai rayonunda fəaliyyət göstərən Humanitar Fənlər təmayüllü məktəb-liseylə bağlı Gundelik-baku.com-un  redaksiyasına məlumatlar daxil olub. 
Bildirilir ki, liseydə şagird qəbulu və sinifdən-sinfə keçirilməsi həmişə olduğu kimi bu il də şəffaf deyil. Belə ki, birinci sinifə qəbul olunmaq üçün keçirilən müsabiqələrin nəticələri formal xarakter daşıyır. Burada liseyin direktoru Nəzakət Əsgərovanın maraqları əsas rol oynayır. Karantin müddətində dərslərin keçirilmədiyini, Baş Nazirin əmrlərini və Operativ Qərargah tərəfindən verilən göstərişləri nəzərə almayan lisey direktoru şagirdlərə keçmədikləri dərsdən özünə sərf edən qiymətlər yazdırıb. Bundan sonra onun tapşırığı ilə sinif rəhbərləri və müavinləri valideynlərlə "bazarlıq etməyə” başlayıblar. Onların şərtlərinə razılaşmayanları isə sinifdə qalmaqla və ya başqa məktəbə keçirməklə qorxudublar. 
Təhsil Nazirliyi tərəfindən pilot məktəb elan olunan Humanitar Fənlər təmayüllü məktəb-liseydə tədrisin keyfiyyəti ilə bağlı da daim narazılıqlar olub. Liseydə tədrisin keyfiyyətinin çox zəif olduğundan,  ali məktəbə daxil olmaq istəyən şagirdlər repetitor yanına getməyə məcbur qalır. Liseydəki mövcud vəziyyət valideynləri qane etməsə də direktor Nəzakət Əsgərova onlara başqa çıxış yolu da qoymur. Liseydə ənənəvi məktəblərdəki neqatıv hallardan artıq çatışmazlıqlar müşahidə olunur. 
Lisey-məktəbdə direktor tərəfindən yaradılmış vəziyyət Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevi də qane etmir. 
RİH-də təhsillə bağlı keçirilən iclaslarda hələ o zamankı icra başçısı Razim Məmmədov çıxışlarının birində açıq-aşkar liseydəki durumdan və Nəzakət Əsgərovanın fəaliyyətindən narazı qaldığını bildirmişdi. Görünür N.Əsgərova Təhsil Nazirliyində kimlərsə tərəfindən himayə olunduğundan liseydəki neqativ hallarla bağlı heç bir tədbir görülmur. Humanitar Fənlər təmayüllü məktəb-liseylə bağlı ''Gündəlik Bakı'' qəzetinin redaksiyasına daxil olan yeni məlumatlara görə direktor bütün qaranlıq işlərini Kifayət adlı müavini vasitəsilə həyata keçirir. Onların liseydə hansı maxinasiyalara imza atdıqları barədə növbəti yazımızda söhbət açacağıq. Ümidvarıq ki, yeni təyin olunmuş təhsil naziri Emin Əmrullayev Nəzakət Əsgərova kimi korrupsioner direktorlarla heç vaxt işləməyəcəkdir.
Məlumatlardan o da bəlli olur ki,  direktor  Nəzakət Əsgərovanın dayağı o qədər böyük və güclüdür ki, rayonun köhnə və yeni  icra  başçılarını hətta təhsil naziri Emin Əmrullayevi belə saya salmır. 
Ümid edək ki, yeni nazir  belə bərk gedən rüşvətxor lisey direktorunu  layiq olduğu  yerə göndərəcək. 
Qarşı tərəfi də dinləməyə hazırıq./gundelik-baku.com

RƏYLƏR