Xətai rayonundakı 235 nömrəli xüsusi körpələr evi-uşaq bağçasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

OXUNUB: 373 SOSİAL
Xətai rayonundakı 235 nömrəli xüsusi körpələr evi-uşaq bağçasında Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar "Qanlı tariximiz” adlı anım tədbiri keçirilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bağçanın müdiri Vəfa Məmmədova çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələrinin Xocalı şəhərində dinc əhaliyə, o cümlədən qadın, uşaq və ahıl insanlara qarşı törətdikləri qırğından danışıb. O vurğulayıb ki, həmin məşum gecədə 613 nəfər vəhşicəsinə qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın və 70-i qocalardır. Bundan başqa, 1275 nəfər girov götürülüb, itkin düşmüş 150 dinc sakinin taleyindən indiyədək xəbər yoxdur. Xocalıda baş verənlər XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir.  Xocalının işğalından 30 il keçməsinə baxmayaraq erməni faşistlərinin Xocalının əliyalın sakinlərinə qarşı törətdikləri vəhşiliklər unudulmur. Əksinə, illər keçdikcə, qaysaq bağlamayan yaralar göynəyir, xalqımıza qarşı  soyqırımı törədənlərə nifrət artır. "44 gün davam edən müharibədə qalib gələn Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etməklə  30 il bundan əvvəl qətlə yetirilən 613 Xocalı sakininin qisasını aldı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, Heydər Əliyev Fondunun Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində apardığı təbliğatı döyüş meydanında, düşməni təslimçiliyə məcbur etməklə davam etdirən, "qana-qan” deyən Azərbaycan əsgərlərinin işğaldan azad edilmiş ərazilərdə  dalğalandırdıqları üçrəngli bayraqlarımız soyqırımı qurbanlarına xalqımızın vəfa borcudur”, - deyə Vəfa Məmmədova əlavə edib. 
Metodist Aynur İsrafilova da çıxışında uşaqların milli ruhda tərbiyə olunması, Vətənə, doğma torpağa sədaqət və məhəbbət hisslərinin gücləndirilməsi istiqamətində bağçada görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. 
Tərbiyəçilər Dilarə Vəzirova, Fizzə Xəlilova, Cəmilə Əliövsət, Almaz Rüstəmova, Aygün Sultanova və başqaları xalqımıza qarşı törədilən soyqırımı barədə həqiqətləri ilk öncə övladlarımıza, sonra bütün dünyaya çatdırmağın, gələcək nəsillərə əyani surətdə göstərməyin və ictimaiyyət arasında onların təbliğinin genişləndirilməsinin vacibliyini xüsusi qeyd ediblər. 
Sonda bağçanın fidanları tərəfindən Xocalı həqiqətlərini əks etdirən ədəbi-bədii kompozisiya təqdim olunub. Balaca istedadların çıxışları alqışlarla qarşılanıb.
 
 Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.

RƏYLƏR