“Xəyanət edərsə, onu öldürərəm” - Eks-prezidentin arvadı

OXUNUB: 489 DÜNYA

Fransanın keçmiş prezidenti Nikola Sarkozinin həyat yoldaşı Karla Bruni İtaliyada "Kanal 5”in "Verissimo” verilişində qonaq olub.

O, həyat yoldaşını çox sevdiyini və Sarkozinin mükəmməl ər olduğunu deyib:

"Onu ilk dəfə görəndə heyran qaldım və içimdən "Mütləq bu adamla evlənməliyəm” dedim. İnanılmaz dərəcədə xoş niyyətli və şəfqətli atadır. Məni qoruyur və seçimimi şərtsiz dəstəkləyir. Sözün əsl mənasında ailə rəisidir”, - deyə Bruni bildirib.

Sarkozi ilə evlənərək doğru qərar verdiyini, lakin, xəyanət edərsə, onu öldürə biləcəyini dilə gətirib.

Qeyd edək ki, keçmiş model və bəstəkar olan 50 yaşlı Karla Bruni 62 yaşlı Sarkozi ilə 2008-ci ildə ailə qurub. Cütlüyün 1 il övladı var./qafqazinfo

 

İcmal.Az

RƏYLƏR