Xəzər dənizində kruizlərin təşkili üçün gəmilər hazırlanır

OXUNUB: 903 MƏDƏNİYYƏT

"Xəzər dənizində kruizlərin təşkili üçün Rusiya tərəfindən gəmilər hazırlanır”. 

İcmal.Az APA-ya istinadla xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, artıq bununla bağlı bir neçə layihə müzakirə olunub: 

"Kruizlərin təşkili ilə bağlı yaya doğru vaxt təyin olunacaq. Düşünürəm ki, yay fəsli zamanı həm Azərbaycan vətəndaşları, həm də xarici qonaqları Xəzər dənizində maraqlı gəzintilər gözləyir”.

Qeyd edək ki, prezident İlham Əliyevin ötən il imzaladığı "Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama əsasən, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə Xəzər dənizində gəmi turlarının təşkili məqsədilə Xəzər dənizinin sahilyanı dövlətləri ilə danışıqlar aparılması tapşırılıb.

İcmal.Az

RƏYLƏR