XİN: Azərbaycan və Ermənistan XİN başçılarının görüşü barədə razılıq var

OXUNUB: 645 SİYASƏT

BMT Baş Assambleyasının qarşıdan gələn sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə razılıq əldə olunub. 

İcmal.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-nin mətbuat katibi Tiqran Balayanın nazirlər arasında görüşə dair konkret razılığın olmaması barədə açıqlamasını şərh edərkən deyib.

O bildirib ki, həmin görüşdən əvvəl də görüş keçirilməsi məsələsi var:

"Prinsipial razılıq əldə olunub ki, nazirlər BMT Baş Assambleyası çərçivəsində görüşsünlər. Ondan öncə də görüşün keçirilməsi barədə məsələyə baxılır.

O ki qaldı Tiqran Balayanın dediyinə, onun, yəqin, bu məsələlərdən xəbəri yoxdur”.

İcmal.Az

RƏYLƏR