Xırdalanda 43 ailə Mehriban Əliyevaya müraciət etdi: “Çirkab suları evlərimizə dolur, bizi xilas edin”

OXUNUB: 919 Özəl GÜNDƏM HADİSƏ

7NEWS.az xəbər verir ki, Abşeron rayon, Xırdalan şəhər Həsən bəy Zərdabi dalan 2,3,4 də yaşayan sakinlər Azərbaycan Respublikasının Birinci-Vitse Prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıblar. Müraciətdə deyilir:

 

Azərbaycan Respublikasının

Birinci-Vitse Prezidenti

Mehriban xanım Əliyevaya

Abşeron rayon, Xırdalan şəhər

Həsən bəy Zərdabi dalan 2,3,4 də

yaşayan sakinlər tərəfindən


 

Ə R i Z Ə


 

Hömətli Mehriban xanım!

Biz aşağıda imza edən sakinlər Sizə bu müraciəti edərək bildiririk ki,uzun illərdir yağış yağan zaman çirkab kanalizasiya sularının daşaraq yuxarıda göstərilən küçəyə, yollara və yaşadığımız evlərə dolmasından əziyyət çəkirik. Hər dəfə yağış yağan zaman çirkab kanalizasiya suyunun səviyyəsi o qədər yüksək olur ki, evlərimizə belə dolur. Bu antisanitar şəraitdə yaşamağın, əgər buna yaşamaq demək mümkünsə, nə qədər agır və acınacaqlı olduğunu təsəvvür edin. Elm və texnikanın inkişaf etdiyi bu dövürdə biz sakinlər bu antisanitar vəziyyətdə illərdi əziyyət çəkirik.

Yagışlı günlərdə daşaraq küçəyə dolan çirkab kanalizasiya sularının səviyyəsinin yüksəkliyi səbəbindən və yaratdığı ifunət dolu bataqlıqdan küçəyə nəyinki insan heç maşın belə girə bilmir. Nəzərə alın ki, bu ünvanda körpə uşaqlar, yaşlı və xəstə insanlar yaşayır. İnsanlar işlərinə, uşaqlar məktəblərinə və ümumilikdə sakinlər hər hansı gündəlik ərzaq ehtiyacının ödənilməsi üçün hər hansı marketə belə gedə bilmirik. Günlərlə ifunət iyinən nə evdə otura bilirik, nədə ki, küçəyə cıxa bilirik. Bu hər cür xəstəlik törədən və antisanitar şərait günlərlə davam edir. Belə olan halda biz sakinlərin həyatı həqiqətəndə təhlükə altında olur və bizim üçün həyat dayanır! Artıq bezmişik belə yaşamaqdan!

Çox Hörmətli Mehriban xanım Əliyeva! Tarixən yağış ruzi- bərəkət rəmzi olduğu halda, bizim üçün dərd, bəla, xəstəlik rəmzidir! Hər göyün üzünə bulud gələrkən biz tanrıya yalvarırıq ki, yağış yağmasın

Biz sakinlər dəfələrlə aidiyyatı təşkilatlara müraciət etməyimizə baxmayaraq hələdə sakinlərin həyatı və sağlamlığı üçün təhlükə yaradan bu acınacaqlı problem həll olunmayaraq qalır. Müasir dünyamızda güclü iqtisadiyyata malik olan günü-gündən çiçəklənən, abadlaşan ölkəmizdə biz yuxarıda qeyd olunan ünvanda yaşayan sakinlər illərdi bu əziyyət çəkirik.

Qeyd olunan ünvanda cox sayda gələcəyimiz olan uşaqlar və torpaqlarımızın bütövlüyü uğrunda döyüşlədə iştirak edən və hal hazırda ordu sıralarında olan İgid Azərbaycan Əsgərləri və onların ailələri də yaşayır.

Hörmətli Mehriban xanım! Sizə bir Azəbaycan anası, yaşlı nəslin nümayəndəsi, dövlətimizin gələcəyi olan uşaqlar və gəncliyimiz olan sakinlər müraciət edib ümüd edirik ki,heç bir Azərbaycan vətəndaşının bu cür antisanitar və acınacaqlı şəraitdə yaşamasına icazə verməzsiniz. Ümüdümüz Sizədir!

Dövlətimizin başçısı İlham Əliyev cənabları ilə birlikdə Siz Mehriban xanım Əliyeva, hər zaman ölkəmizin günü-gündən çiçəklənməsi və müasir Azərbaycan Dövlətinin daha da güclənməsi və xalqın həyat tərzinin günü-gündən yaxşılaşmasına çalışırsınız.

Bu yolda Dövlətimizin başçısı İlham Əliyev cənablarına və Sizə uğurlar diləyirik!

Azərbaycan Xalqıolaraq sonsuz təşəkkürümüzü bildiririk!

Hörmətli Mehriban xanım Əliyeva! Biz yuxarıda qeyd olunan ünvan sakinləri Sizdən xahiş edirik ki, bu acınacaqlı və illərdi aidiyyatı təşkilatlara dəfələrlə müraciət etməyimizə baxmayaraqhəll olunmayaraq qalan insan sağlamlığı və həyatı üçün təhlükəli problemin tezliklə həll olunması üçün aidiyyatı təşkilatlara göstəriş verəsiniz.

Ümüdvarıq ki xahişimizi nəzərə alıb bizi bu bəladan qurtaracaqsınız!

Bunun üçün Sizə əvvəlcədən öz minnətdarlığımızı bildiririk!

Hörmətlə Xırdalan şəhər Həsən bəy Zərdabi dalan 2,3,4 ünvanında yaşayan sakinlər.

 

1. Abbasova Xatirə Tavariş q. (051) 422 70 43

2. Axundova Səidə Mirzədəyyan q. (050) 380 94 05

3. Zeynalov İman Bəndalı o. (050) 380 94 05

4. Şükürov Nizami Qəşəm o. (077) 306 27 64

5. Babayeva Əzizə Qurban q. (050) 377 84 16

6. Rüstəmova Aygün Vaqif q. (055) 361 43 73

7. Şükürova Mətanət Tofiq q. (050) 556 09 63

8. Əliyeva Gülnarə Xanbaba q. (051) 740 40 17

9. Muradova Aybəniz Kəmiş q. (050) 383 19 01

10. Babayev Elşən Ələkbər o. (050) 624 29 19

11. Şükürov Azər Nizami(055) 274 15 94

12. Mansırova Hicran Polad q. (077) 463 63 26

13. Osmanova İrina Babatovna (050) 501 1819

14. Baba-Zadə Könül Cəmil q. ---------

15.Paşayeva Nərminə Cəlil q. (055) 808 66 25

16. Həmidova Qətibə Həmid q. (055) 265 63 94

17. Baxşəliyeva Mehriban Qüdrət q. (077) 428 29 56

18. Ağamalıyeva Nüranə Xəyyam q. (051) 408 45 42

19. Məmmədov Maqsud İltifar o. (055) 302 18 38

20. Abdullayev Səlim Mustafa o. (050) 367 67 60

21. Həsənova Aynurə Şaiq q. (070) 334 12 64

22. Həsənov Fizuli Zakir o.(070) 334 12 64

23. İsrafilova Təhminə Oruc q. (050) 406 19 16

24. İsrafilov İsrafil Qürbət o. (050) 406 19 16

25. Mahmudov Mürşüd Ağamirzə o. (050) 621 50 33

26. Cəfəov Məhəmməd Tağı o. (050) 562 54 78

27. Alıyev Şahmar Rafiq o. (055) 966 30 87

28. Abbasov Elsun Taryel o. (050) 436 06 66

29. Nuriyev İlham Xudakərim o. (050) 394 70 77

30. Səfərova Sara Qəzə q. (070) 649 33 49

31. Xəlilov Zaur Xəlil o. (070) 806 77 46

32. Məmmədova Məryəm Məmməd q. (077) 761 92 80

33. Sultanova Xurma Nazim q. (055) 304 50 49

34. Seidova Qönçə Badal q. (070) 217 38 79

35. Əliyeva Səbinə Tahir q. (070) 814 35 36

36. Gülməmmədova Aybəniz M.q. (055) 510 18 80

37. Ağayeva Arif Söhrab o. (051) 323 97 95

38. İsmayılov Naib Cahid o. (055) 585 41 38

39. Şəmilov Fariz Qulam o. (050) 591 70 74

40. Qafarov Qorxmaz Nadir o. (055) 520 09 96

41. Mansumov Səid Muxtar o. (055) 272 35 72

42. Sabıyev Cavad İdris o. (050) 762 05 74

43. Baxşəliyev Azər İslam o. (077) 428 29 56

 

 

 

RƏYLƏR