Xırdalanda ana və qızının oğurluğu anbaan kamerada - Çantasından dəmir çıxarır... - VİDEO - FOTO

OXUNUB: 571 SOSİAL

Xırdalanda film kimi oğurluq kameraya düşüb. 

Milli.Az-a müraciət edən Rumiyyə adlı qadın həyatlarının təhlükədə olduğunu bildirib. Ana-bala olduğu iddia edilən iki qadının "peşəkar" oğurluqları qapıya yerləşdirilən kamera vasitəsi ilə anbaan qeydə alınıb.

Zərərçəkən polisin məsələni araşdırmaqdan imtina etdiyini bildirib:

"2 gün əvvəl axşam saat 9-da bizim hamımız evdə ola-ola mənzilin qapısının yanındakı şkafı açıb, oğurluq etdi 2 nəfər. Bəlkə də ana-bala idi. Polisə məlumat verilib.

Lakin maddi zərər azdır deyib, polis işlə maraqlanmır. Gözləyirik hələ polisin gəlməyini.

Əllərinə, sadəcə, drel keçib, onu aparıblar. Əlimizdə videogörüntülər var.

 

Oğurlanan drelin davasını çəkmirik. Evdə olduğumuzu bilə-bilə, səsləri eşidə-eşidə axşamüstü gəlib oğurluq edən biri, gecə gələr evimizdə xətər törədər bizlərə. Ondan ehtiyat edirik. Onların həm öyrədilmiş şəxslər olduğundan şübhələnirik. Çünki o evdə 2 aydır "remont" bitib, mənzil mansardadı. Ora da lift qalxmır. Bunlar binada cəmi 6 dəqiqə olub və maraqlıdır ki, necə ağıllarına gəlib ki, liftlə 10-cu mərtəbəyə qalxıblar. Oradan da 1 mərtəbə yuxarı qalxıblar. Əvvəl qapıya açar salırlar, açılmır. Qadın çantasından dəmir çıxarır. Ucunu əyir, "zamok"u 5 saniyə çəkmədən açır. Baxır, əlinə keçən dreli götürüb heç nə olmamış kimi uzaqlaşır, binadan gedirlər.

Biz 5 dəqiqə fərqlə əlimizdən buraxdıq. Belə professional "zamok" qıran qadının əminəm ilk oğurluğu da deyil".

Hadisənin anbaan görüntülərini təqdim edirik:

İcmal.Az


Xırdalanda ana-balanın oğurluğu anbaan kamerada

Xırdalanda ana və qızının oğurluğu anbaan kamerada - Çantasından dəmir çıxarır... - VİDEO - FOTO

RƏYLƏR