Xırdalanda Heydər Əliyevə qarşı hörmətsizliyi kim edir? - ARAŞDIRMA

OXUNUB: 3168 Özəl HƏFTƏLİK İCMAL Seçilmiş Önəmli

İCMAL.az xəbər verir ki, bir müddət əvvəl Xırdalan qəsəbəsində güclü quruculuq və adablıq işləri aparıldı. Qəsəbədə bir sıra yeni tikililər inşa edildi, yollar asvaltlandı, parklar, yaşılllqlar salındı. Və sonunda Xırdalan həqiqətən də gözəlləşdi və müasirləşdi. Ona görə də qəsəbəyə şəhər statusu verildi.

Ancaq nə yazıqlar olsun ki, son illər Xırdalanda heç bir quruculuq işləri aparılmır; əksinə illər uzunu tikilib yaradılan da sökülərək məhv edilir. Görün iş hansı həddə çatıb ki, hətta ulu öndər Heydər Əliyevin adını daşıyan obyektlər belə rahatlıqla sökülərək dağıdılır, talan edilir. Heydər Əliyevin adını daşıyan parkda ağaclar kəsilərək yerində müxtəlif əyləncə və iaşə obyektlri inşa edilirdi. Vaxtında mətbuat məsələni içtimailəşdirməsəydi parkdakı yaşıllıqdan əsər-əlamət qalmayacaqdı. Bəlkə də ümumən milyonlarla vəsit hesabına ərsə gətirilmiş H.Əliyev prospektində vəziyyət daha da acınacaqlıdır. Prospektdə drenaj sistemləri quraşdırılmadığına görə hər yağıntıdan sonra asvalt örtüyü dağılaraq bərbad günə düşür. İşıq lampaları işləmir. Ətrdakı yaşıllıqlar məhv edilir. Yerində isə heç bir estetik yaraşığı olmayan domino tipli çoxmərtəbələr salınır.







Bir-neçə ay bundan əvvəl bu qədər problemin olmasına rəğmən isə prospektdəki kifayət qədər yararlı bardürlər heç bir zərurət olmadan sökülərək yeniləriylə əvəz olundu. Halbuki köhnələr daha sağlam və yaraşıqlı idi. Yəni ayrılan vəsait gərəkli işlərə deyil, açıq aşkar maxinasiyalara sərf edilir. Görün iş hansı həddə çatıb ki, Heydər Əliyevin şəhərdəki yeganə posteri belə gecəylə uçurdularaq ərazisi tikinti şirkətlərinə satılır. Təxminən bir il əvvəl mətbuat bundan xəbər tutdu və məsələ vaxtında içtimailəşdi. Həmin vaxt mətbuata açıqlama verən icra hakimiyyəti rəsmiləri bildirdi ki, guya "poster avtomobil qəzası zamanı yararsız hala düşüb və bir-neçə günə bərpa edilərək yerinə qoyulacaq”. Amma üstündən bir ildən də artıq vaxt keçsə də heç bir iş görülmədi. Aldığımız məlumata görə posterin yerləşdiyi ərazi onun yaxınlığında mənzil tikintisiylə məşğul olan BİRLİK-7 MTK-ya satılıb.


Və yaxın günlərdə orada da bina inşa ediləcək. Yeri gəlmişkən qeyd edək ki, BİRLİK-7 şirkəti qanunsuz olaraq H.Əliyev prospektindəki yaşıllıq zolağını da hasara alaraq məhv edib. Bu barədə yerli sakinlərin müxtəlif instansiyalara müraciəti də cavabsız qalıb. Halbuki deyilənləri sübut edən kifayət qədər foto və video material vardir. Birlik-7 şırkəti sanki H.Əliyev adına düşmən kəsilib. Xırdalanda inşa elədiyi bütün binaları prospektə bitişik ərazilərdə və yaşıllıq zolaqlarını məhv etməklə həyata keçirir. Kabinetlərində başı üzərinə ulu öndərin portretini vuran məmurlarsa susur və məlum olan səbəblərə görə göz yumur. Vəziyyət dözülməzdir. Çünki bu gün H.Əliyevə qarşı sərgilənən bu hörmətsizlik məsələn, Türkiyədə Atatürkə münasibətdə sərgilənsəydi onda bütün Türkiyə cəmiyyəti, mətbuat və Televiziyası ayağa qalxmışdi. Baş verən olayı gündəmə çevirmişdilər. Bizdə isə sıradan, heç kəsin tanımadığı bir MTK istədiyini edir. Heç kəsdən qorxmadan və çəkinmədən. Ona görə də bütün bunları nəzərə alaraq yaxın günlərdə Xırdalan şəhəri ərazisində H. Əliyevin adıyla bağlı olan bütün obyeklərdə baş verənləri yenidən videolentə alacaq və toplanan materialları Heydər Əliyev fonduna və Respublika prokurorluğuna təqdim edəcəyik.

İCMAL.az




RƏYLƏR