Xırdalanda küçə itləri sürü halında gəzir

OXUNUB: 617 Özəl HADİSƏ
Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksinin sakinləri yaşadıqları ərazidə küçə itlərinin çoxluğundan şikayətçidirlər.

Sakinlərdən biri facebook-da video paylaşaraq itlərin sürü halında gəzdiyini və onların insaların həyatı üçün təhlükəli olduğunu bildirib.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən "Report"a bildirilib ki, həmin ərazidə olan itlərin çoxu birkalıdır: "Onlar cəmiyyət üçün heç bir təhlükə törətmir. Hətta insanlar tərəfindən yemlənilir də. Təhlükə törədə biləcək itlər barədə isə aidiyyatı üzrə müraciət olunur və tədbir görülür. Yəni, daim diqqətdən saxlanılır. Ümumiyyətlə Xırdalan ərazisində itlərin kütləvi şəkildə gəzməsini müşahidə etməmişik. Əgər belə hal varsa, yeni yaranıb və bu barədə yenə aidiyyatı üzrə müraciət edəcəyik”. (Report)

RƏYLƏR