Xocalı qatili erməniyə Gürcüstanda abidə qoyuldu

OXUNUB: 946 GÜNDƏM HADİSƏ
Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Dağlıq Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Mixeil Avagyanın abidəsi ucaldılıb.

Axalkalakinin buqaşen kəndində ucaldılan abidənin açılış mərasiminə Ermənistan və Gürcüstan rəsmiləri iştitak ediblər.

Açılış mərasimində Gürcüstan rəsmiləri- Akhalkalaki Bələdiyyə Başçısı Yurik Hunanyan, Bələdiyyə sədri Nairi İriçyana, Hakimiyyət orqanları, habelə millət vəkilləri Enzel Mkoyan və Samvel Manukyan eləcədə Ermənistanın fövqaladə və səlahiyyətli səfiri Ruben Sadoyan iştirak ediblər.

Qarabağda öldürülən Mixail Avagyanın Buqaşen kəndindəki  abidəsinin və onun ətrafında salınan oyun meydançasının inşasına erməni diasporu iş adamı Gagika Avagyan maddi dəstək olub.

Mixail Avagyan Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində doğulsada Qarabağ müharibəsi başlayan zaman Horadiz, Xocalı, Hadrut və Fizuli istiqamətlərində döyüşlərdə iştirak edib, kobra ləqəbli ilə tanınmışdır. O, Azərbaycanlılara qarşı qəddarlığı ilə tanınıb.
 
Məsələylə bağlı Azərbaycanın Gürcüstandakı səfirliyi susur./DiasporPress 
 
İcmal.Az
 
 

RƏYLƏR