Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediləcək

OXUNUB: 575 SİYASƏT

Milli Məclisin bu  gün keçirilən iclasında Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlanacaq.

İcmal.Az xəbər verir ki, bu barədə spiker Oqtay Əsədov plenar iclasda məlumat verib. 

O qeyd edib ki, hazırda parlamentin 20-yə yaxın üzvü Xocalı faciəsinin ildönümü ilə bağlı dünyanın müxtəlif ölkələrində tədbirlərdə iştirak edir: 

"Başqa bir neçə millət vəkilinin xarici ölkələrdəki tədbirlərə qatılması gözlənilir. 

Parlament adından beynəlxalq təşkilatlara bəyanat ünvanlanması nəzərdə tutulur”.

İcmal.Az

RƏYLƏR