“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirilib - MİNGƏÇEVİRDƏ

OXUNUB: 200 GÜNDƏM SOSİAL

Heydər Əliyev Fondunun Vitse Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət” layihəsi çərçivəsində həyata keçirilən ağacəkmə kampaniyası Mingəçevirdə də uğurla davam edib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Samux küçəsi boyunca reallaşan ağacəkmə kampaniyasına "Asan xidmət”, MDU və Gənclər evinin könüllüləri qoşulmuşlar. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul işçiləri, ictimaiyyət nümayəndələri, eləcə də mətbuat təmsilçiləri yaxından iştirak etmişlər. Həmin gün ərazidə 613 ədəd sərv, çinar, şam, akasiya və başqa ağac növləri əkilmişdir.
     Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində keçirilən ağacəkmə kampaniyası 1992-ci ilin 26 fevralında erməni vandallarının vəhşiləşmiş rus hərbi birləşmələri ilə birlikdə həyata keçirdikləri soyqırım qurbanlarının xatirəsinə olan ehtiramdır. Qeyd edək ki, 2020-ci ilin payız aylarında 44 gün ərzində işğal altında qalan torpaqlarımızın azad edilməsi dövlətimizin ermənilərə və onların havadarlarına yerini göstərdi. İşğal altında qalan torpaqlarımız azad oldu, lakin düşmənin törətdiyi heç bir faciə xalqımızın yaddaşından və tariximizdən silinməyəcək. 

RƏYLƏR