Xorvat general Beynəlxalq məhkəmədə özünü zəhərlədi - VİDEO

OXUNUB: 570 DÜNYA

Sabiq Yuqoslaviya üzrə Beynəlxalq tribunalın iclasında xorvat general Slobodan Pralyak apelyasiya instansiyasının hökmü elan edildikdən sonra zəhər içib.

İcmal.Az-ın məlumatına əsasən, Pralyak zəhəri apelyasiya instansiyası Bosniya xorvatlarının lideri Yadranko Priliçlə bağlı qərarı təsdiqlədikdən sonra içib. Bundan sonra dinləmə dərhal dayandırılıb.

Qeyd edək ki, Bosniya xorvatlarının liderinə 25 il həbs cəzası verilib.

Xatırladaq ki, bu gün Haaqada Parlyak və daha beş Bosniya xorvatının şikayətinə baxılıb. Qeyd edilən şəxslərə 2013-cü ildə hərbi cinayətlərə görə hökm oxunmuşdu. O zaman Parlyaka 20 il həbs cəzası verilmişdi.  

İcmal.Az

RƏYLƏR