Xuraman yaxın rəfiqəsi Natavanın toyundan İMTİNA ETDİ: "İçki olan məclislərə getmirəm, pulumu..."

OXUNUB: 1231 ŞOU-BİZNES
Xəbər verdiyimiz kimi, iyulun 17-də müğənni Natavan Həbibinin toyu olacaq. Reper Dado Əliyevlə (Səid) ailə qurmağa hazırlaşan sənətçinin xoş gününə yaxın rəfiqəsi, müğənni Xuraman Şuşalı qatılmayacaq.
 
İcmal.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb məclisdə içkinin olmasıdır.

Xuraman bildirib ki, içki olan məclislərə qatılmır:

"Natavanın toyuna getməyəcəm. İçki olan məclisə qatılmıram. Nəmərimi göndərəcəm. Bir də gəlingötürmə mərasiminə qatılacam. Onun xına mərasimini mən edəcəkdim. Amma Natavan fikrini dəyişdi, xına etməyəcək. Deyir, toyun içində xına yaxarıq. Bunu da mən edə bilmirəm. İndi onu fikrindən daşındırmağa çalışıram”.
 
 
 
İcmal.Az

RƏYLƏR