"Ya özümü öldürəcəm, ya da onu eyvandan atacam" - Samir

OXUNUB: 1705 ŞOU-BİZNES

"Həyatım boyu peşmanlıq çəkmişəm ki, bəzi insanları yaxınıma buraxmışam. Səmimi, heç vaxt heç kimin arxasınca danışmayan, hətta bəzilərinin pis tərəfini yaxşıya çevirməyi bacaran biri olmuşam. İndi ətrafımda çox az adam var. Mən buna sevinirəm. Bu, çox əladır. Qulağım sakitdir. Səs-küy, artıq-əskik söz eşitmirəm. Kim hardadır, bilmirəm. İntriqalardan tamamilə uzağam”.

İcmal.Az-ın məlumatına görə, bu sözləri müğənni Samir Cavadzadə ARB Ulduz-un "Şou-məkan” proqramına açıqlamasında deyib. Cavadzadə evlənmək haqda suallara belə cavab verib:

 
"Hər qapını döyüb qız alası deyiləm ki... Evlilik mənim üçün bir az çətindir. Təkliyə alışmışam. Anama deyirəm ki, evlənmək qorxuludur. Təsəvvürümə gətirirəm ki, tək yaşayıram. Kimsə yad adam gəlib mənim qoyduğumu götürüb özünün bildiyi kimi başqa bir yerə qoyacaq. O gələn kimi mənə "dırdır” edəcək. Üç gündən sonra ya mən özümü öldürəcəm, ya da onu eyvandan atacam aşağı”.

 

İcmal.Az

RƏYLƏR