Yadplanetlilər haqqında bunları bilirdinizmi?

OXUNUB: 36 DÜNYA

Yadplanetlilər həqiqətən mövcuddurmu?

 Bu mövzu ilə bağlı hər şey 1947-ci ilin 7 iyul tarixində başlayıb…

ABŞ-ın Yeni Mexiko əyalətindəki bir fermada qəribə əşyalar tapılıb. Tapılan əşyalar arasında metal çubuqlar və falqa tipli müxtəlif parçalar olub.

Bu parçaların formasını dəyişdikdən bir müddət sonra yenidən əvvəlki vəziyyətinə qayıtması hamını şoka salıb. Tapılan materialların nə olduğunu anlamayan ferma sakinləri yerli təhlükəsizlik orqanlarına müraciət ediblər. Sakinlər bu orqanların vasitəsilə ABŞ-ın Hava Qüvvələri Bazası ilə əlaqə yaradıb.

Hadisə ilə bağlı əməliyyat-araşdırma qrupu yaradan Cess Marsel bu materialların Yer kürəsi xaricindən gəlmiş ola biləcəyi ehtimalını irəli sürən ilk insan olub.

Həmin ilin 24 iyun tarixində Kenned Arnold adlı bir sakin "yanlışlıqla” bir göl üzərində uçan dairəvi formalı nəsnələr gördüyünü deyib. Bununla da Arnold böyük bir əfsanənin başlanğıcını qoyub...

Amerika Ordusu o dövrdə sürətlə yayılan bu xəbəri öncə təsdiq edib, sonra yalan məlumat olduğunu deyərək uçan obyektlərin UFO deyil, meteroloji şar olduğunu bildirib.

Bütün bu yaşananlardan sonra bölgə sakinləri anlam verə bilmədikləri əşyaları tez-tez görməyə başladıqlarını deyib.

Bu hadisənin əsl tarixi isə tam başqa imiş. Bu günümüzə qədər populyarlığını itirməyən yadplanetlilər əfsanəsi və ona aid fotolar 1995-ci ildə yayımlanan bir televiziya proqramının planladığı oyundan ibarətmiş. Proqram o dövrdə məşhur olan əfsanələrin populyarlığından faydalanaraq belə bir yola əl atıbmış.

Bu hadisənin səbəblərinin ortaya çıxmasına baxmayaraq, hələ də yadplanetlilərin dünyamızda mövcud olduğuna inananlar az deyil./publika

 

İcmal.Az

RƏYLƏR