Yadplanetlilərin ismarıcları ölümcül təhlükəlidir

OXUNUB: 1060 DÜNYA

Almaniya və ABŞ-dan olan astronomlar belə bir nəticəyə gəlib ki, yadplanetlilər Yerə ismarıc göndərsə, onu mütləq şəkildə deşifrə etmədən məhv etmək lazımdır.

Alimlər hesab edir ki, bəşəriyyət kosmosdan qaynaqlanan təhlükəli kompüter viruslarını  müəyyən etmək potensialına malik deyil və ismarıcda gizlənən belə viruslar bütün dünya əhalisini təhlükə qarşısında qoya bilər.   

Araşdırmanın nəticələri Arxiv.org-da dərc olunub.

Alimlərin fikrincə, yadplanetli sivilizasiyaların ismarıcları radioteleskopların qəbul edəcəyi siqnallar şəklində və ya yadplanetlilərə aid artefaktlar şəklində ola bilər.  

Tədqiqatçılar hesab edir ki, "şüurlu yadplanetli qardaşlarımızın” göndərəcəyi ismarıc, böyük ehtimalla, ziyan vurmaq məqsədi daşıyacaq. İnsanlar bu ismarıcları oxumaqdan qaçmalıdır, belə ki, onu göndərənin zalım və barışmaz sivilizasiya olmayacağına heç bir zəmanət yoxdur.

Alimlər qeyd edirlər ki, bir neçə növ təhlükəli ismarıc ola bilər.

"Sabah sizin Günəşi yeni bir fövqəlulduza çevirəcəyik” tipli ismarıc, bu təhdidin həqiqət olub olmamasından asılı olmayaraq, dünya əhalisini təşvişə salacaq.

Başqa bir ehtimal, mədəniyyətlərə mənfi təsir edə biləcək mətnin göndərilməsidir. Misal üçün, ekspertlər belə bir fərziyyə irəli sürüb ki, Roma imperiyasının süqutuna Bibliya təkan verib.

Alimlərin ən gözlənilən hesab etdiyi  ismarıc da məqalədə göstərilib. Bu, bir növ Yevpatoriya şəhəri yaxınlığında olan PT-70 radioteleskopunun Cosmic Call  siqnalının analoqudur.

Bu, təsvir şəklində deşifrə olunan ikili simvollar cərgəsindən ibarətdir. İsmarışı təhlil etmək üçün kağız şəklində çap etdikdə, yalnız ismarıcın məğzi zərərli olur. 

Ancaq adi yolla deşifrəsi çox müşkül olan ismarıcı təhlil etmək üçün kompüterdən istifadə etdikdə, bu təhlükəli koda çevrilə bilər və buna görə rəqəmsal qurğunun izolyasiya olunmasını tələb edir.

Alimlər hesab edir ki, ismarıcın deşifrəsi zamanı bütün təhlükəsizlik qaydalarına əməl etmək mümkünsüzdür. Onlar dünya əhalisinə "dost” ismarıcının göndərilməsi ssenarisini də istisna etmir.

Belə bir ismarıc "süni intellekt şəklində olan qalaktik kitabxana ola bilər”. Eksperiment hətta Yerdə yox, onun peyki olan Ayda, izolyasiyalı kompüterin köməyi ilə keçirilsə belə, təhlükə zamanı nüvə raketləri işə salına bilər.

Belə olan halda süni intellekt raket hücumundan qorunmaq üçün dünya əhalisini manipulyasiya etməyə çalışacaq. "Qalaktik kitabxana” əks təsirləri barədə hər hansı xəbərdarlıq etmədən insanları mürəkkəb yadplanetli texnologiyalardan istifadə etməyi öyrədə bilər.  /oxu

İcmal.Az

RƏYLƏR