Yanacağın qiyməti qalxacaqmı? - AÇIQLAMA - VİDEO - FOTO

OXUNUB: 775 İQTİSADİYYAT

Son günlər ölkədə enerji daşıyıcılarının, xüsusən də avtomobil yanacaqlarının yenidən bahalaşacağı ilə bağlı şayiələr yayılmaqdadır. Yayılan qeyr-rəsmi məlumatlara görə, dizel yanacağının satış qiymətlərində artım olacaq.

Ötən ilin sonlarında Tarif Şurası tərəfindən yayılan rəsmi açıqlamada bildirilmişdi ki, yaxın aylarda aşağı oktanlı, xüsusən də dizel yanacağının qiymətinin artımı ilə bağlı heç bir təklif irəli sürülməyib. Ekpertlər isə, enerji daşıyıcılarının qiymət artımı məsələsinin Tarif Şurasından çox, tələb və təklifdən aslı olduğu qənətindədir.

İqtisadçı Vüqar Bayramlı dizel yanacağının qiymət artımı ehtimalının böyük olduğunu bildirsə də, indi reallıqda məqbul saymır. Onun fikrincə, bu, baş verəcəyi halda ölkədə bir çox xidmət sahəsində qiymət artımı labüd olacaq. Bu isə ölkə iqtisadiyyatı üçün bir çox çətinliklər yaradacaq.

Aşağı oktanlı 92 maraklı benzinin, eləcə də dizel yanacağının bahalaşacağı təqdirdə avtomobil bazarına da təsirsiz ötüşməyəcək. Jurnalist-ekspert Elməddin Muradlının sözlərinə görə, bu, dizel avtomobillərinin bazardan sıxışdırılıb çıxarılması ilə nəticələnəcək.

Yayılan şayiələrin nə dərcədə doğru olduğunu öyrənmək üçün Tarif Şurası ilə əlaqə saxladıq. Şura rəsmisi Abbas Əliyev şifahi olaraq bildirdi ki, yayılan məlumatlar əsassızdır və bununla bağlı quruma hər hansısa təklif daxil olmayıb.

İcmal.Az

Yanacağın qiyməti qalxacaqmı? - AÇIQLAMA - VİDEO - FOTO

Yanacağın qiyməti qalxacaqmı? - AÇIQLAMA


RƏYLƏR