Yanında işləyən qadını hamilə qoyan 70 yaşlı iş adamına DNT testi ŞOKU - VİDEO

OXUNUB: 872 DÜNYA

Ankarada yaşayan iş adamı yanında çalışan Türkmənistan əsilli qadını hamilə qoyub. Uşağı qəbul etməyən iş adamı DNT testi ilə uşağın özündən olduğu ortaya çıxınca aliment ödəməyə başlayıb.

2013-cü ildə Türkməsintandan Ankaraya gəlib iş adamı S.K.H.-nın evində işə başlayan 31 yaşlı Süheyla H.,iddiaya görə evlilik vədi ilə aldadılıb. Süheyla 3 dəfə hamilə qalıb, 2 dəfə abort olunub. Son hamiləliyində gənc qadın uşağı doğandan sonra 70 yaşlı iş adamı uşağın ondan olmadığını irəli sürərək uşağı qəbul etməyib. DNT testi ilə uşağın yüzdə 99.9 faiz S.K.H.-yə aid olduğu ortaya çıxıb və gənc qadın açdığı atalıq iddiasını qazanıb. S.K.H. uşağın doğum xərcləri üçün Süheyla H.-ya 4 min 700 lirə pul ödəməyə məcbur qalarkən uşaq üçün isə aylıq 400 lirə aliment ödəməyə başlayıb.

Gənc qadının vəkili Varol Turbay S.K.H. haqqında atalığı mənimsəmədiyi üçün mənəvi təzminat iddiası açacaq./milli.az

İcmal.Az

 

Videonu izləmək üçün şəklə klikləyin:

Yanında işləyən qadını hamilə qoyan 70 yaşlı iş adamına DNT testi ŞOKU

RƏYLƏR