Yanvarda ölkəyə gətirilən avtomobillərin sayı – RƏSMİ

OXUNUB: 681 İQTİSADİYYAT

Bu ilin yanvar ayında ölkəyə 908 avtomobil gətirilib.

İcmal.Az Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin yanvar ayında bu rəqəm 420 ədəd təşkil edib.

Ümumilikdə 2018-ci iilin yanvar ayında Azərbaycana 986 ədəd avtomobil gətirilib. 

Bunlardan 908 ədədi adamların daşınması üçün nəzərdə tutulmuş avtomobillər və digər motorlu nəqliyyat vasitələri, dördü sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 73-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, biri isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri olub.   

İcmal.Az

RƏYLƏR