YAP-ın yeni biznesmen namizədləri

OXUNUB: 1356 index-manşet SİYASƏT
Yeni Azərbaycan Partiyasının (YAP) namizədlər siyahısında yeni simaların arasında yer alan iki nəfər biznesmendir. 
7News.Az xəbər verir ki, həmin şəxslər  70 saylı Masallı şəhər seçki dairəsindən namizədliyi irəli sürülən Məşhur Məmmədov və 18 saylı Nərimanov-Nizami seçki dairəsindən namizədliyi irəli sürülən Xudaqulu Rzayevdir. 

Məşhur Məmmədov "Embawood” şirkətinin təsisçilərindən biri olub və sabiq rəhbəridir.

Xudaqulu Rzayev isə 1996-cı ildə İlandağ-SA şirkətini, daha sonra "Baytaş-Bakı”, "Qaranti İnşaat”, "Dəniz” Bağça və 2011-ci ildə "Evrika” liseyi müəssisələrini təsis edib. 2012-ci ildə şirkətlərini "Minera” şirkətlər qrupu adı altında birləşdirib. O, həm də YAP-ın Nərmianov rayon təşkilatının İdarə Heyətinin üzvüdür.

7News.Az

RƏYLƏR