YAP Nərimanov rayon təşkilatında “O Qəhrəman Sənsən” adlı layihənin bağlanış mərasimi oldu

OXUNUB: 1248 QHT

21.12.2017 tarixində, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə X qrant müsabiqəsinin qalibi olmuş "O Qəhrəman Sənsən” adlı layihənin bağlanış mərasimi keçirilib.
Lahiyənin açılışında vətəni uğrunda ölən əsgərlərimiz üçün 1dəqiqəlik sükut olubdu. Tədbiri açan lahiyə rəhbəri Sənan Məmmədli layihə haqqında ətraflı məlumat verib və fikirlərini bölüşüb: Ulu öndər Heydər Əliyevin fikrincə, dövlətçiliyimizin möhkəmlənməsi gənclərin bir şəxsiyyət kimi formalaşmasından - onların milli ruhda tərbiyəsindən çox asılıdır. Milli ruh, hər şeydən öncə, vətənpərvərlik ruhudur. Ulu öndər demişdir: "Hər bir vətəndaş vətənpərvər olmalıdır. Əgər öz vətənini, torpağını, xalqını sevməsən, öz xalqının mənəvi dəyərlərinə sadiq olmasan, şübhəsiz ki, başqa şeyləri də qiymətləndirə bilməzsən. İndi bizim əsas vəzifəmiz gənclərdə vətənpərvərlik ruhunu, milli ruhu, döyüş ruhunu qaldırmaqdır. Vətəni torpağı müdafiə etmək, hər bir gənc üçün müqəddəs vəzifə olmalıdır”. Mən inanıram ki, bizim bütün gənclərimiz vətəni canlarından artıq sevirlər, bir qarış torpağımız uğrunda canlarından, qanlarından keçməyə hazırdırlar. Biz Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun timsalında bir daha bunun şahidi olduq. Mən inanıram ki, bu konfransda iştirak edən gənclərimizin, eləcə də ali məktəblərdə təhsil alan, ordu sıralarında xidmət edən gənclərimizin hər biri bir Mübariz İbrahimovdur.

Tədbirdə iştirak edən 2 dəfə Azərbaycan Bayrağı ordenli Polkovnik Şair Ramaldanov demişdi: Heydər Əliyev gənclər qarşısında çıxışlarının birində qeyd edirdi: "Azərbaycanın suverenliyi hər bir azərbaycanlı vətəndaş üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir. Belə olan halda biz öz taleyimizin sahibi kimi vətənimizi, torpaqlarımızı öz gücümüzlə qorumalıyıq. Bunu xalq, bizim gənclər, ordu sıralarındakı vətən oğulları etməlidirlər. Ona görə orta məktəblərdə bir tərəfdən hərbi tədrisə, gənclərin fiziki hazırlığına ciddi fikir verilməlidir, digər tərəfdən isə gənclərdə vətənpərvərlik hissini yüksəltmək, vətəni qorumağa hazır olmaq ruhunda tərbiyə etmək lazımdır”. Milli vətənpərvərlik hissinin formalaşdırılması təbii ki, milli şüurun əsasında duran milli mənlik şüurunun inkişaf etdirilməsi ilə mümkün olduğunu qeyd edən məruzəçi vurğuladı ki, milli soy-kökə qayıdış, milli tarixi yaddaşın bərpası, milli soy-kökünü bilmək, onu sevmək kimi mənəvi keyfiyyətlər də ulu öndər Heydər Əliyevin milli vətənpərvərlik elmi konsepsiyasında önəmli yer tutur.

Azərbaycan Respublikası 20 Yanvar İctimai Birliyinin müavini və İstefada olan sərhədçi zabit Mustafa Əliyev bildirdi: Şükürlər olsun ki, indi Azərbaycan gəncləri vətənpərvər ruhda yetişirlər. Əvvəllər bu işi yalnız dövlət həyata keçirirdisə, artıq Azərbaycan gəncləri özləri vətənpərvərliklə bağlı layihələri könüllü şəkildə həyata keçirirlər. Azərbaycan gəncləri bu gün ulu öndərin ideyalarını birbaşa həyata keçirən cənab İlham Əliyevin ətrafındadır. Bu gün Azərbaycan gəncləri ölkə hüdudlarından kənarda da ölkəmizin təbliğini aparır. Gənclərimizin səsi bir çox tanınmış ali məktəblərdən, elmi-tədqiqat mərkəzlərindən gəlir. Ölkə hüdudlarından kənarda olsalar da, onların ürəyi yenə də Azərbaycanla döyünür”.

Sonda YAP Nərimanov rayon təşkilatının baş məsləhətçisi Nizami Babaşov geniş şəkildə lahiyə haqqında fikirlərini bildiriblər: Mən söz demək istəmirdim, lakin cənab Komandirin öz əsgərləri qarşısında çıxış etməsi onların döyüşə hazırlama təklifini verib. Komandir ''şükürbəyli bizimləndi'' dedi. Baxmayaraq ki, onun ayağı dizdən aşağı yox idi qanı axırdı. İdarəetmənin müəllimi keçmiş hərbiçi kimi komandirlə birlikdə xidmət edib.

Tədbirdə iştirak edən Bakı İdarəetmə və Texnologiya kollecinin tələbəsi Məmmədova Mədinə mövzuya uyğun olaraq qəhrəmanlıqla bağlı şeir söylədi.

Tədbirdə bir çox aktiv gənclərə sertifikat verilibdi.

Sonda Tədbirdə iştirak edən gənclər CoffeeBreak (Çay süfrəsində)də iştirak ediblər.

RƏYLƏR