YAP rəsmisi VİP sədrinin böhtan xarakterli çıxışlarını qınayıb

OXUNUB: 335 SİYASƏT
Asif Əsgərli: "İnanıram ki, Əli Əliyev ona edilən xəbərdarlıqdan nəticə çıxaracaq”
 
 Son günlər Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin sosial şəbəkələrdə müxtəlif şəxslər barəsində böhtan və təhqir xarakterli çıxışları ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb. Bununla bağlı Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Asif Əsgərli "Azerforum”a bildirib ki, böyük Zəfərlə bitən 44 günlük Vətən müharibəsi zamanı xalqımızın dəmir yumruq kimi birləşdiyi bir vaxtda siyasi partiyalarla aparılan iş, ölkədə dialoq və həmrəliyin göstəricisi oldu: "Noyabr və yanvar razılaşmalarından sonra aparılan işlər, eləcə də pandemiya əleyhinə dövlətin atdığı addımlar əksəriyyət tərəfindən müsbət qiymətləndirildiyi halda, təəssüf ki, VİP sədri Ə.Əliyev bu işlərə kölgə salmağa çalışıb. Hansı ki, pandemiyaya qarşı regionda ən yaxşı və ciddi mübarizə aparan, xüsusən də Covid-19 infeksiyasına qarşı vətəndaşların pyevənd olunması, həmçinin onların qorunmasına yönələn digər tibbi addımlar ən yüksək səviyyədədir. Hətta beynəlxalq təşkilatlar tərəfindən də Azərbaycanın bu istiqamətdə apardığı işlər qəbul olunur. Təəssüflər olsun ki, Ə.Əliyevin bunlara qarşı heç bir əsası olmayan, təxribata yönəlik çıxışlarnı görürük. Vətəndaşları vaksinasiya prosesinə cəlb etmək üçün aidiyyəti dövlət qurumları təbliğat aparır. Lakin əczaçı ixtisasına malik olan Ə.Əliyev isə bunun əksini söyləyir. Onun arqumentlərinin heç biri tutarlı deyil. Azərbaycan vaksinasiya prosesini ən ciddi şəkildə aparır və bu baxımdan MDB məkanında ilk üçlükdədir. Vaksinasiyaya başlayan ilk ölkələrdən biri də Azərbaycandır. Amma Ə.Əliyev müxtəlif peyvəndlərin alınmasını pisləmklə yanaşı, bunlara itaətsizlik xarakterli, eyni zamanda bunların guya mənfi nəticələrinin olacağı ilə bağlı çağırışlar etməklə cəmiyyətdə çaşğınlıq yaratmağa çalışır. Eyni zamanda özünü də bu məsələlərdə "bilgili” göstərmək istəyir. Əslində, bunlar onun yalnız özünü süni reklam etməkdən başqa bir şey deyil. Sadəcə bunlar hamısı təxribata yönəlik addımlardır”. 
Asif Əsgərli son vaxtlar Ə.Əliyevin "Youtube” və digər sosial platformalarda dövlətin pandemiya əleyhinə görüdüyü işlərə, eləcə də Türkiyə-Azərbaycan münasibətlərinə kölgə salan fikirlər səsləndirməsini qınayıb: "O, regionda Azərbaycanın atdığı addımları təqdir etmək əvəzinə, bunları aşağılamağa çalışır. Vətəndaşlara və məmurlara yönəlik bohtanlar atır, siyasi mühiti çaşdıran fikirlər səsləndirir. Hətta vətəndaşlar da ondan təngə gələrək hüquq-mühafizə orqanlarına müraciət etdilər. Bununla bağlı ona ciddi şəkildə xəbərdarlıq olunudu. İnanıram ki, bundan Ə.Əliyev nəticə çıxaracaq. Bu xəbərdarlıq onun düzgün yola qayıtmasına, ölçülü-biçili şəkildə çıxışlar etməsinə, hər şeyi qara rəngdə görmək deyil, müsbət mövqedən yanaşmağa gətirib çıxara bilər”.

RƏYLƏR