Yap Stam komandasının uğursuz çıxışlarına görə istefa verdi

OXUNUB: 784 İDMAN
Hollandiyanın "Feyenoord” klubunun baş məşqçisi Yap Stam istefa verib. O, komandasının uğursuz çıxışlarına görə belə addım atıb. Xatırladaq ki, Stam bu ilin mart ayında "Feyenoord”da Covanni van Bronxorstu əvəzləmişdi. Onunla iki illik müqavilə imzalanmışdı. Komanda onun rəhbərliyi altında Hollandiya çempionatında keçirdiyi 11 oyundan sonra cəmi 14 xal toplayıb və 18 kollektiv arasında 12-ci sırada qərarlaşıb.

RƏYLƏR